Nüşabə Musayeva hönkür hönkür ağlayaraq faciəsini danışdı VİDEO

24.01.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nüşabə Musayeva ailə faciəsi ilə bağlı illərdir ürəyində saxladığı ağrılı xatirələri bölüşüb.

"Cebheinfo.az" xəbər verir ki, ATV telekanalında yayımlanan “Rəngarəng” verilişində qonaq olan ifaçı hönkür-hönkür ağlayaraq yaşadığı dəhşətli avtomobil qəzasından danışıb:

“Ailəmi itirdim. Mən həmişə deyirdim ki, insan hər şeyə dözə bilər. Amma o yaşımı xatırlamaq belə istəmirəm. Mən elə bil o gün öldüm. 15 yaşımda öldüm. Bir gün, bir avtomobil qəzasında…

Maşında idik. Qardaşım qucağımda idi, atam sükan arxasında. Anamı, bacımı, qardaşımı, əmioğlumu gözlərimin qarşısında itirdim. Hamısı bir-bir can verdi. Toydan qayıdırdıq. Hamımız şən idik, gülə-gülə danışırdıq. Yadımdadır ki, atama “yavaş sür” dedim. Ondan sonra heç nə xatırlamıram.

Baxdım ki, 8 yaşlı kiçik qardaşım üçün bütün maşınlar dayanıb, insanlar başımıza yığışıb. Nə baş verdiyini anlamırdım, özümü çimdikləyirdim ki, bəlkə yuxudur.

Bir tərəfdə 10 yaşlı qardaşım can verirdi. Onun inilti səsi bu günə qədər qulaqlarımdan getmir. Dörd uşaq idik, evin böyüyü mən idim”.

43 yaşlı N.Musayeva artıq həyatda heç nədən qorxmadığını da qeyd edib:

“Həmin vaxt anam 35, bacım 13, qardaşlarım 10 və 8-9 yaşlarında idi. Mən isə cəmi 15 yaşındaydım. Çox ağır idi…

O gün həm öldüm, həm də yenidən dünyaya gəldim.

Tamamilə başqa bir insana çevrildim. Həyata baxışım dəyişdi. Hissizləşdim, sərtləşdim, özümü müdafiə etməyi öyrəndim. Bu gün kimsə üzərimə gəlmək istəyəndə dərhal qarşısını alıram.  Artıq məni heç nə qorxuda bilməz”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью