Nüşabə Musayeva hönkür hönkür ağlayaraq faciəsini danışdı VİDEO
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nüşabə Musayeva ailə faciəsi ilə bağlı illərdir ürəyində saxladığı ağrılı xatirələri bölüşüb.
"Cebheinfo.az" xəbər verir ki, ATV telekanalında yayımlanan “Rəngarəng” verilişində qonaq olan ifaçı hönkür-hönkür ağlayaraq yaşadığı dəhşətli avtomobil qəzasından danışıb:
“Ailəmi itirdim. Mən həmişə deyirdim ki, insan hər şeyə dözə bilər. Amma o yaşımı xatırlamaq belə istəmirəm. Mən elə bil o gün öldüm. 15 yaşımda öldüm. Bir gün, bir avtomobil qəzasında…
Maşında idik. Qardaşım qucağımda idi, atam sükan arxasında. Anamı, bacımı, qardaşımı, əmioğlumu gözlərimin qarşısında itirdim. Hamısı bir-bir can verdi. Toydan qayıdırdıq. Hamımız şən idik, gülə-gülə danışırdıq. Yadımdadır ki, atama “yavaş sür” dedim. Ondan sonra heç nə xatırlamıram.
Baxdım ki, 8 yaşlı kiçik qardaşım üçün bütün maşınlar dayanıb, insanlar başımıza yığışıb. Nə baş verdiyini anlamırdım, özümü çimdikləyirdim ki, bəlkə yuxudur.
Bir tərəfdə 10 yaşlı qardaşım can verirdi. Onun inilti səsi bu günə qədər qulaqlarımdan getmir. Dörd uşaq idik, evin böyüyü mən idim”.
43 yaşlı N.Musayeva artıq həyatda heç nədən qorxmadığını da qeyd edib:
“Həmin vaxt anam 35, bacım 13, qardaşlarım 10 və 8-9 yaşlarında idi. Mən isə cəmi 15 yaşındaydım. Çox ağır idi…
O gün həm öldüm, həm də yenidən dünyaya gəldim.
Tamamilə başqa bir insana çevrildim. Həyata baxışım dəyişdi. Hissizləşdim, sərtləşdim, özümü müdafiə etməyi öyrəndim. Bu gün kimsə üzərimə gəlmək istəyəndə dərhal qarşısını alıram. Artıq məni heç nə qorxuda bilməz”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















