Nvidia səhmləri 7% dən çox ucuzlaşdı Baş direktorla bağlı araşdırma başladı

10.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın texnologiya nəhəngi Nvidia-nın səhmləri şirkətin baş direktoru Jensen Huang ətrafında yaranan qalmaqaldan sonra kəskin ucuzlaşıb.

Banco.az xəbər verir ki,  Huangın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfi olması və Pekinə məlumat ötürməkdə şübhəli bilinən çinli iş adamı ilə əlaqələri barədə iddialar gündəmə gəlib.

Məlumatlardan sonra Nvidia-nın Direktorlar Şurası məsələ ilə bağlı müstəqil araşdırma başladıb. Şirkətin səhmləri həftənin ilk ticarət günündə 7%-dən çox ucuzlaşıb. Sonrakı ticarət məlumatlarına görə, səhmlərin qiyməti 5%-dən çox azalaraq 175,9 dollara düşüb.

Jensen Huang araşdırma ilə tam əməkdaşlıq edəcəyini və şirkətin maraqlarını qorumağa sadiq olduğunu bildirib.

İnvestorlar araşdırmanın nəticələrinin şirkətin gələcək idarəçiliyinə və bazar mövqeyinə mümkün təsirlərini izləyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью