Nvidia səhmləri 7% dən çox ucuzlaşdı Baş direktorla bağlı araşdırma başladı
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın texnologiya nəhəngi Nvidia-nın səhmləri şirkətin baş direktoru Jensen Huang ətrafında yaranan qalmaqaldan sonra kəskin ucuzlaşıb.
Banco.az xəbər verir ki, Huangın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfi olması və Pekinə məlumat ötürməkdə şübhəli bilinən çinli iş adamı ilə əlaqələri barədə iddialar gündəmə gəlib.
Məlumatlardan sonra Nvidia-nın Direktorlar Şurası məsələ ilə bağlı müstəqil araşdırma başladıb. Şirkətin səhmləri həftənin ilk ticarət günündə 7%-dən çox ucuzlaşıb. Sonrakı ticarət məlumatlarına görə, səhmlərin qiyməti 5%-dən çox azalaraq 175,9 dollara düşüb.
Jensen Huang araşdırma ilə tam əməkdaşlıq edəcəyini və şirkətin maraqlarını qorumağa sadiq olduğunu bildirib.
İnvestorlar araşdırmanın nəticələrinin şirkətin gələcək idarəçiliyinə və bazar mövqeyinə mümkün təsirlərini izləyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 10 Noyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















