NYT: Rusiya cəbhədə bir neçə istiqamətdə irəliləyir, Ukraynanın gələcəyi çox qaranlıq görü…
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynada döyüş meydanında yaranan durum getdikcə ağırlaşır və Rusiya Ordusunun bir neçə istiqamətdə irəliləyişi Moskvanın danışıqlarda daha sərt mövqe tutmasına imkan yaradır.
Moderator.az xəbər verir ki, bu barədə “The New York Times“ yazıb.
Qeyd edilib ki, bu dinamika Rusiya Prezidenti Vladimir Putinə sülh planında hər hansı güzəştdən imtina etmək üçün əlavə əsas verir.
Finlandiyanın “Black Bird Group” təşkilatının hərbi analitiki Emil Kastexelmi bildirib ki, “rusların real üstünlüyü var” və bu, Kiyevi müdafiədə daha çətin vəziyyətə salır.
Onun sözlərinə görə, Ukrayna kapitulyasiyaya hazır olmasa da, “o qədər zəif görünür ki, ruslar tələblər irəli sürə biləcəklərinə inanırlar”.
Son həftələr döyüş xəritələri, mütəxəssislərin qiymətləndirmələri və cəbhədəki hərbçilərin müşahidələri Rusiyanın bir neçə istiqamətdə irəliləyiş əldə etdiyini təsdiqləyir.
Yazıda Rusiya Ordusunun Pokrovskda uğurlarına toxunulur, qeyd edilir ki, Mirnoqradu demək olar ki, mühasirəyə alıb.
Tam oxu
Xəbəri oxu