Icma.az
close
up
RU
NYT: Rusiya cəbhədə bir neçə istiqamətdə irəliləyir, Ukraynanın gələcəyi çox qaranlıq görünür

NYT: Rusiya cəbhədə bir neçə istiqamətdə irəliləyir, Ukraynanın gələcəyi çox qaranlıq görünür

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynada döyüş meydanında yaranan durum getdikcə ağırlaşır və Rusiya Ordusunun bir neçə istiqamətdə irəliləyişi Moskvanın danışıqlarda daha sərt mövqe tutmasına imkan yaradır.

Moderator.az xəbər verir ki, bu barədə “The New York Times“ yazıb.

Qeyd edilib ki, bu dinamika Rusiya Prezidenti Vladimir Putinə sülh planında hər hansı güzəştdən imtina etmək üçün əlavə əsas verir.

Finlandiyanın “Black Bird Group” təşkilatının hərbi analitiki Emil Kastexelmi bildirib ki, “rusların real üstünlüyü var” və bu, Kiyevi müdafiədə daha çətin vəziyyətə salır. Onun sözlərinə görə, Ukrayna kapitulyasiyaya hazır olmasa da, “o qədər zəif görünür ki, ruslar tələblər irəli sürə biləcəklərinə inanırlar”.

Son həftələr döyüş xəritələri, mütəxəssislərin qiymətləndirmələri və cəbhədəki hərbçilərin müşahidələri Rusiyanın bir neçə istiqamətdə irəliləyiş əldə etdiyini təsdiqləyir. Yazıda Rusiya Ordusunun Pokrovskda uğurlarına toxunulur, qeyd edilir ki, Mirnoqradu demək olar ki, mühasirəyə alıb. Eyni zamanda Zaporoje istiqamətində irəliləmə sürətlənib, Kupyansk və Seversk ətrafında da rusların uğurları avr. Kastexelmi vəziyyəti belə dəyərləndirib: “Ukrayna üçün gələcək çox qaranlıq görünür. Mən bu vəziyyətdən aydın çıxış yolu görmürəm”.

“The New York Times“ yazıb yazır ki, vəziyyət payızdan etibarən Ukraynanın ziyanına dəyişməyə başlayıb. Ukraynalı PUA operatoru İqorun sözlərinə görə, sentyabrdan müdafiə xətti “yorğunluqdan çökməyə başlayıb”. O bildirib ki, Rusiya Ordusu “Molniya” dronları və partlayıcılarla yüklənmiş mini-kamikadze PUA-ların dalğalarını tətbiq edir, Ukraynada isə belə silahları kütləvi istehsalda yoxdur.

Pokrovskla yanaşı, Rusiya qüvvələri Donetsk vilayətinin digər strateji ərazilərinə – Konstantinovka və Limana da təzyiqi artırır. Lyman yaxınlığında xidmət edən ukraynalı kapitan Olegin sözlərinə görə, Rusiya hücumları “daimi” xarakter daşıyır və “bütün istiqamətlərdən” həyata keçirilir. “Son iki ayda döyüşlərin intensivliyi açıq şəkildə artıb”, – o deyib.

Pokrovsk isə qarşıdurmanın episentri olaraq qalır. Ukrayna Milli Qvardiyasının 14-cü operativ briqadasının hərbçisi Maksim Bakulin bildirib ki, bir il əvvəl “canlı” olan şəhərin küçələrində indi “mülki və hərbi şəxslərin cəsədləri qarışır və onları evakuasiya etmək mümkün deyil”.

Pokrovsk uğrunda döyüşlər final mərhələsinə yaxınlaşdıqca qonşu Mirnoqradda gərginlik artır. Ukraynalı bölük komandiri Oleg qeyd edib ki, Rusiya hər gün hücum edir və dronlar yolları “ölüm tələsinə” çevirib: “Gündüz də, gecə də nəfəs almağa imkan vermirlər. Əgər biz üç nəfərə malikiksə, onların 30 nəfəri olur”.

Mütəxəssislər bildirirlər ki, qış hava şəraiti hər iki tərəfin irəliləyişini müəyyən qədər zəiflədə bilər. Dronların geniş tətbiqi isə piyada hücumlarının miqyasını daha da məhdudlaşdırır. Bununla belə, “The New York Times” yazır ki, Rusiyanın insan ehtiyatı çoxdur və o, “ət dəyirmanı” kimi təqdim edilən ağır itkilərlə müharibəni davam etdirməyə hazır görünür.

Kastexelmi vəziyyəti belə yekunlaşdırır: “Rusiya tükəndirmə müharibəsi aparmaq öhdəliyini götürüb və indi Ukraynanı yavaş-yavaş, hərbi yolla çökdürməyə çalışır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri