NYT: Ukraynanın mövqeləri zəifləyir, Rusiya daha sərt şərtlər irəli sürür | Icma.az
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Döyüş meydanındakı vəziyyət Ukraynanın xeyrinə deyil və bu, Rusiyaya danışıqlarda sərt mövqe tutmaq imkanı verir.
Analitiklər Ukraynanın təslim olmadığını, lakin zəif göründüyünü qeyd edirlər.
"Ölkə.az" xəbər verir ki, bu barədə "The New York Times" hərbi analitiklərin və döyüş xəritələrinin qiymətləndirilməsinə əsasən məlumat yayıb.
Məlumata görə, son həftələrdə Rusiya ordusu Pokrovsk, Mirnoqrad, Kupyansk və Zaporojye istiqamətlərində irəliləyiş əldə edib.
Ukrayna hələ təslim olmasa da, elə zəif görünür ki, Rusiya onlara qarşı tələblər irəli sürə biləcəyini düşünür.
Ukraynalı PUA operatoru İqor bildirib ki, müdafiə xətti payızdan etibarən yorğunluq səbəbindən dağılmağa başlayıb.
O bildirib ki, Rusiya “Blyskavka” dronları və partlayıcı mini kamikadze dronlarla hücum edir, Ukraynada isə bunun kütləvi istehsalı yoxdur.
Tam oxu
Xəbəri oxu