NYT: Ukraynanın mövqeləri zəifləyir, Rusiya daha sərt şərtlər irəli sürür
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Döyüş meydanındakı vəziyyət Ukraynanın xeyrinə deyil və bu, Rusiyaya danışıqlarda sərt mövqe tutmaq imkanı verir. Analitiklər Ukraynanın təslim olmadığını, lakin zəif göründüyünü qeyd edirlər.
"Ölkə.az" xəbər verir ki, bu barədə "The New York Times" hərbi analitiklərin və döyüş xəritələrinin qiymətləndirilməsinə əsasən məlumat yayıb.
Məlumata görə, son həftələrdə Rusiya ordusu Pokrovsk, Mirnoqrad, Kupyansk və Zaporojye istiqamətlərində irəliləyiş əldə edib. Ukrayna hələ təslim olmasa da, elə zəif görünür ki, Rusiya onlara qarşı tələblər irəli sürə biləcəyini düşünür.
Ukraynalı PUA operatoru İqor bildirib ki, müdafiə xətti payızdan etibarən yorğunluq səbəbindən dağılmağa başlayıb. O bildirib ki, Rusiya “Blyskavka” dronları və partlayıcı mini kamikadze dronlarla hücum edir, Ukraynada isə bunun kütləvi istehsalı yoxdur.
14-cü briqadanın hərbçisi Maksim Bakulinin sözlərinə görə, Pokrovskda mülki və hərbi şəxslərin cəsədləri küçələrdə qalıb və evakuasiya mümkün deyil. Rusiya eyni zamanda Zaporojyenin cənubunda da hücumu artırıb.
Ukraynalı bölük komandiri Oleq qeyd edib ki, Mirnoqrad hər gün dron və artilleriya hücumuna məruz qalır.
Analitiklərə görə, qış hücumları yavaşlada bilər, lakin Rusiya çox sayda itkiyə baxmayaraq “uzunmüddətli aşındırma müharibəsi” aparmağa hazırdır.
Son məlumata görə, Ukrayna qüvvələri Pokrovsk istiqamətində müqaviməti davam etdirdiyini bildirir. Komandirlər Kupyanskın ələ keçirilməsi barədə Rusiyanın iddialarını təkzib edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 07 Dekabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















