Nyu York metrosunda atışma: 1 nəfər öldürülüb

18.10.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 oktyabr, AZƏRTAC

Naməlum silahlı şəxs Nyu-York metro stansiyasında bir kişini güllələyərək öldürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Hadisə Manhettendə yerləşən "53-cü Küçə - Yeddinci Avenyu" metro stansiyasında baş verib.

İlkin məlumatlara görə, qətlə yetirilən şəxslə hücum edən şəxs arasında atışmadan əvvəl mübahisə yaranıb.

Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb, hazırda polis onun axtarışlarını davam etdirir.

"CNN" telekanalının məlumatına görə, insident səbəbindən qatarların hərəkətində fasilələr yaranıb.

Qeyd edək ki, bundan əvvəl də Nyu-York metrosunda xidməti qatarda baş verən yanğın nəticəsində 12 nəfər xəsarət almışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью