Nyu York metrosunda atışma: 1 nəfər öldürülüb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 18 oktyabr, AZƏRTAC
Naməlum silahlı şəxs Nyu-York metro stansiyasında bir kişini güllələyərək öldürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Hadisə Manhettendə yerləşən "53-cü Küçə - Yeddinci Avenyu" metro stansiyasında baş verib.
İlkin məlumatlara görə, qətlə yetirilən şəxslə hücum edən şəxs arasında atışmadan əvvəl mübahisə yaranıb.
Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb, hazırda polis onun axtarışlarını davam etdirir.
"CNN" telekanalının məlumatına görə, insident səbəbindən qatarların hərəkətində fasilələr yaranıb.
Qeyd edək ki, bundan əvvəl də Nyu-York metrosunda xidməti qatarda baş verən yanğın nəticəsində 12 nəfər xəsarət almışdı.
Bu mövzuda digər xəbərlər:Nyu York metrosunda SKANDAL 3 nəfər sərnişin yaralandı
12 Aprel 2026 00:17
Nyu York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
04 Avqust 2026 17:20
Nyu York metrosunda yandırılan qadın ölüb
23 Dekabr 2024 14:06
Nyu York metrosunda sərnişinlərə hücum edilib
11 Aprel 2026 22:02
Meksikada restoranda atışma: daha 9 nəfər öldürülüb
02 Dekabr 2024 09:43
Baxış sayı:101
Bu xəbər 18 Oktyabr 2026 02:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















