Nyu Yorkda silahlı insident: 2 yaralı var, birinin vəziyyəti ağırdır

29.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nyu-Yorkun Manhetten rayonunun Aşağı İst-Sayd (Lower East Side) hissəsində baş verən atışma nəticəsində iki nəfər güllə yarası alıb.
Bizim.Media "New York Post" nəşrinə və Nyu-York Polis Departamentinə (NYPD) istinadən xəbər verir ki, hadisə noyabrın 29-da yerli vaxtla saat 07:00 radələrində qeydə alınıb.
Təcili yardım xidmətinə daxil olan çağırış üzrə Ratqers və Medison küçələrinin kəsişməsinə gələn polis əməkdaşları çoxsaylı güllə yarası almış 31 yaşlı kişini aşkarlayıblar. O, ağır  vəziyyətdə "Bellevue" xəstəxanasına çatdırılıb.
Hadisə yerindən təxminən beş məhəllə aralıda — Qrand və Klinton küçələrinin yaxınlığında isə qarın nahiyəsindən güllə yarası almış 47 yaşlı digər zərərçəkən tapılıb. Eyni xəstəxanaya yerləşdirilən həmin şəxsin vəziyyətinin stabil olduğu bildirilir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью