Nyu Yorkda silahlı insident: 2 yaralı var, birinin vəziyyəti ağırdır
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nyu-Yorkun Manhetten rayonunun Aşağı İst-Sayd (Lower East Side) hissəsində baş verən atışma nəticəsində iki nəfər güllə yarası alıb.
Bizim.Media "New York Post" nəşrinə və Nyu-York Polis Departamentinə (NYPD) istinadən xəbər verir ki, hadisə noyabrın 29-da yerli vaxtla saat 07:00 radələrində qeydə alınıb.
Təcili yardım xidmətinə daxil olan çağırış üzrə Ratqers və Medison küçələrinin kəsişməsinə gələn polis əməkdaşları çoxsaylı güllə yarası almış 31 yaşlı kişini aşkarlayıblar. O, ağır vəziyyətdə "Bellevue" xəstəxanasına çatdırılıb.
Hadisə yerindən təxminən beş məhəllə aralıda — Qrand və Klinton küçələrinin yaxınlığında isə qarın nahiyəsindən güllə yarası almış 47 yaşlı digər zərərçəkən tapılıb. Eyni xəstəxanaya yerləşdirilən həmin şəxsin vəziyyətinin stabil olduğu bildirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Noyabr 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















