NyuYorkda şahmat şənliyi və ya Uoll Stritdə Yeni il İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. Çox idman növündə beynəlxalq mövsüm başa çatsa da, şahmatda buna hələ 11 gün var.
O, bir çox qrossmeysterin Nyu-Yorkda qarşılayacağı Yeni ilə təsadüf edəcək.
Məhz orada dekabrın 26-31-də ümumi mükafat fondu 1,5 milyon dollar olan rapid və blits üzrə dünya çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, sürətli şahmat üzrə dünya çempionatları ənənəvi olaraq ilin sonunda təşkil edilir.
Amma ilk dəfə bu yarışı iştirakçılar üçün əsl təəssürat ziyafəti hazırlayan Nyu-York keçirəcək. Özü də bu, sırf şahmatla bağlı olmayacaq.
Axı çempionat dünyanın əsas maliyyə paytaxtlarından biri olan "Uoll Strit"də keçiriləcək.
Açıq turnirin keçiriləcəyi yer kimi Nyu-Yorkun maliyyə rayonunun mərkəzində yerləşən və tarixi memarlıq abidəsi olan "Cipriani Wall Street" seçilib.
Qadınların turniri isə düz qarşı tərəfdə "48 Wall Street" ünvanında təşkil ediləcək.
Tam oxu
Xəbəri oxu