Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

NyuYorkda şahmat şənliyi və ya Uoll Stritdə Yeni il İdman və Biz

NyuYorkda şahmat şənliyi və ya Uoll Stritdə Yeni il İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Çox idman növündə beynəlxalq mövsüm başa çatsa da, şahmatda buna hələ 11 gün var. O, bir çox qrossmeysterin Nyu-Yorkda qarşılayacağı Yeni ilə təsadüf edəcək. Məhz orada dekabrın 26-31-də ümumi mükafat fondu 1,5 milyon dollar olan rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, sürətli şahmat üzrə dünya çempionatları ənənəvi olaraq ilin sonunda təşkil edilir.

Amma ilk dəfə bu yarışı iştirakçılar üçün əsl təəssürat ziyafəti hazırlayan Nyu-York keçirəcək. Özü də bu, sırf şahmatla bağlı olmayacaq. Axı çempionat dünyanın əsas maliyyə paytaxtlarından biri olan "Uoll Strit"də keçiriləcək.

Açıq turnirin keçiriləcəyi yer kimi Nyu-Yorkun maliyyə rayonunun mərkəzində yerləşən və tarixi memarlıq abidəsi olan "Cipriani Wall Street" seçilib. Qadınların turniri isə düz qarşı tərəfdə "48 Wall Street" ünvanında təşkil ediləcək. Bu da vaxtilə Nyu-York Bankı və Amerika Maliyyə Muzeyinin yerləşdiyi tarixi yerdir.

FIDE dünya çempionatının Nyu-Yorkda keçiriləcəyini iyunun ortalarında elan etdi və bəzi qrossmeysterlərin buna reaksiyası birmənalı olmadı.

“Başa düşmürəm ki, bu turnirlər niyə dekabrın sonunda keçirilməlidir. Bu, istənilən şahmatçı üçün ən ağır tarixdir. FIDE-də il ərzində elit şahmatçılart üçün çoxlu tədbirlər keçirilmir. Hər kəsə uyğun vaxtda oynamaq üçün beş gün ayırmaq olardı. Burada çox məqam var. Bəziləri üçün evə qayıtmaq təxminən 24 saat çəkir, bəziləri Yeni ili doğmaları ilə qeyd etmək istəyirlər. Kimlərsə Milad bayramını qeyd edir və bu tarixlərdə oynamağa hazır deyil”, – vaxtilə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov FIDE-nin qərarını belə şərh edib.

Dünya çempionatı üç yüzə yaxın şahmatçını bir araya toplayacaq. Kişilərin yarışında 180, qadınlarda isə 109 iştirakçı olacaq.

Onların arasında Azərbaycanın 15 nümayəndəsi də yer alacaq: Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova.

Əgər yarışın mötəbərliyi baxımından danışsaq, demək olar ki, bütün güclülər oynayacaq. Dünya çempionatının reytinqinə Maqnus Karlsen (Norveç) başçılıq edəcək, həmçinin ilk üçlükdə Fabiano Karuana (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) yer alıb. Qadınların siyahısına çinlilər Yu Vençjun, Ley Tinqje və Tan Jonqyi başçılıq edirlər.

İntriqanı daha da artırmaq üçün FIDE dünya çempionatının formatını dəyişib. Blitsdə dünya çempionatının ənənəvi strukturundan xeyli uzaqlaşma onun iki mərhələdə keçirilməsi ilə bağlıdır. Birinci mərhələ açıq yarış üçün 13 turdan, qadınların yarışında isə 11 turdan ibarət İsveçrə sistemi üzrə üç dəqiqə + hər gedişə iki saniyə vaxt nəzarəti ilə keçiriləcək. Ən güclü səkkiz şahmatçı pley-off mərhələsinə vəsiqə qazanacaq. Qarşılaşmalar dörd görüşdən ibarət olacaq.

Bura media günü və şahmat və maliyyə dünyalarını bir araya gətirən nüfuzlu "Chess Davos" konfransı da əlavə olunacaq.

Təqvimə əsasən, rapid yarışı dekabrın 26-28-də keçiriləcək, sonra istirahət günü olacaq, dekabrın 30-31-də isə iştirakçılar blitsdə mübarizə aparacaqlar.

Dünya çempionatının başlamasına 6 gün qalıb...

Zəki Feyzullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri