O dünyadan Əlisa Nicata MƏKTUB | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Əzizim Əlisa! Mənim dünyamdan salamlar olsun sənə!
Niyə “salam”ı cəmdə yazdım? Çünki mən tək öz adımdan yazmıram.
2013-cü ilin aprelində Sərdar Cəlaloğlunun görkəmlilər haqqında replikaları, xüsusilə də Səməd Vurğun haqqında “dılğır” deməyi aranı qarışdırmışdı, indi də sənin ona “yaltaq” deməyin.
O vaxt yığışıb mənə – Axirət dünyası Yazıçılar Birliyinin sədrinə – tapşırıq verdilər ki, Sərdara məktub yazım.
İndi də sənin Səməd Vurğuna qiymətindən çox təsirləniblər. Məktub yazmağımı istəyirlər. Həm də çox nigarandırlar: qazın gəldimi?
Təqaüd aldınmı? “Çox sağ ol” yerinə Anarı söydünmü..? Yəqin ki, hamısı olub.
Yoxsa Şahbaz Xuduoğlu necə səni yada salmışdısa, sən də qızışandan sonra qələmə sarılıb Səmədi yada salmazdın.
O da sənin bu halından pəjmürdə olub. Özünə gələ bilmir. Amma heç nəyi yoxdur ki, sənə kömək etsin.
Tam oxu
Xəbəri oxu