Icma.az
close
up
RU
O dünyadan Əlisa Nicata MƏKTUB

O dünyadan Əlisa Nicata MƏKTUB

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əzizim Əlisa! Mənim dünyamdan salamlar olsun sənə! Niyə “salam”ı cəmdə yazdım? Çünki mən tək öz adımdan yazmıram. 2013-cü ilin aprelində Sərdar Cəlaloğlunun görkəmlilər haqqında replikaları, xüsusilə də Səməd Vurğun haqqında “dılğır” deməyi aranı qarışdırmışdı, indi də sənin ona “yaltaq” deməyin. O vaxt yığışıb mənə – Axirət dünyası Yazıçılar Birliyinin sədrinə – tapşırıq verdilər ki, Sərdara məktub yazım. İndi də sənin Səməd Vurğuna qiymətindən çox təsirləniblər. Məktub yazmağımı istəyirlər. Həm də çox nigarandırlar: qazın gəldimi? Təqaüd aldınmı? “Çox sağ ol” yerinə Anarı söydünmü..? Yəqin ki, hamısı olub.  Yoxsa Şahbaz Xuduoğlu necə səni yada salmışdısa, sən də qızışandan sonra qələmə sarılıb Səmədi yada salmazdın.

O da sənin bu halından pəjmürdə olub. Özünə gələ bilmir. Amma heç nəyi yoxdur ki, sənə kömək etsin. O dünyadakı hər şeyi muzeydə dövlət tərəfindən qorunur. Bu dünyaya isə xristian-kommunistsayağı – əynində bir dənə köhnə kostyumla gəlib. Xristian tabutu da çoxdan çürüyüb. Ona görə də indidən oğlanları Yusiflə Vaqifə vəsiyyət edib ki, sən 100 yaşından sonra gələndə sovxaları sənə versinlər. Yoxsa ki, nazik kəfəndə canın üşüyər. Axı buralara hələ qaz çəkməyiblər. Tabutları isə müsadirə edib, Cəhənnəmdə qır tiyanları qaynatmaqda istifadə edirlər. Bunları deyirəm ki, birdən İnkir-Minkir seçim versə işini bil.

Burdakıların ürək sözlərini yazıb sənə çatdırmağa isə halım yoxdur. Sərdar balama 25 aprel 2013-cü ildə göndərdiyim məktubu oxusan bəs edər.

Bizdən Anara, Elçinə, İntiqama, Vidadi Babanlıya, Seyran Səxavətə, Çingizə, Xeyrəddin Qocaya salamlar! 

QABİLİN O DÜNYADAN SƏRDAR CƏLALOĞLUNA MƏKTUBU

Əzizim Sərdar! Salam! Fani dünyada üstünə yaman düşüblər. Bu dünyada isə hamı sənə minnətdardır. Burdakılar sizin dünya ilə təkcə mənim əlaqəm olduğu üçün sənə məktub yazmağımı xahiş etdilər. Mən də heç kimin könlünü sındırmadım.
Birinci məktubumda Teymur Əhmədova demişdim ki, bizim o dünyada korpunktumuz ol. Yazığın səsi kəsildi. Day məktub-zad yazmır. Yəqin qocalıb. Amma sən cavansan. Burdakıları bir-bir qəbirdən çıxarıb ruhlarını şad edirsən. Burdakı digər görkəmli ölülərimiz Səməd Vurğuna, Vaqifə, Qaçaq Nəbiyə, Həcərə, Nadir şaha, Ağa Məhəmməd şah Qacara paxıllıqla baxırlar. Hələ sənin - Axundovu, Cəlil Məmmədquluzadəni, məni, Bəxtiyarı, Asif Atanı inkar edən - gənc davamçıların olan həsədçiləri demirəm. Eşq olsun Sizlərə. Nə qədər Sizin kimilər var, biz heç vaxt ölməyəcəyik. Çünki müqayisə etdikcə qiymətimiz bir az artır. Eybi yoxdur. 100 il təsdiq ediblər, qoy bir əsr də inkar etsinlər. Təki gündəmdə qalaq – sən də, biz də, onlar da...
O gün Səməd Vurğun şoka düşmüşdü. Həmyerliləri Qazaxdan durub qəbrinin üstünə yürüş etmişdilər. Neçə-neçə alim, deputat da onun müdafiəsinə durmuşdu. Deyirdi ki, o, öləndən sonra heç bu qədər təsirlənməmişdi.
Sərdar, bəsdir də! İstəyirsən kişinin ürəyi sevincdən partlayıb ölsün? 57 il idi Səməd Vurğunu halalca adıyla bu qədər yada salan yox idi, bir dənə “dılğır” deməklə diriltdin kişini. Bütün əsərlərini bir daha müzakirə obyektinə çevirdin. O vaxtın gözüylə yazılan əsərlərə bu günün gözüylə baxdın. Eşq olsun sənə.
Amma Səməd Vurğunu şad etsən də, o biri qazaxlı şair və yazıçılarımız qəmgindirlər. Qazax ziyalıları gəliblər, bircə Səmədin qəbrini ziyarət edib gediblər. İsmayıl Şıxlı, Mehdi Hüseyn, Osman Sarıvəlli,    Mirvarid Dilbazi, Hüseyn Arif, Yusif Səmədoğlu yaddan çıxıb. Ona görə də deyəndə “qruppovoy” de.  Səndən nə gedir. Artıq sən cəmiyyətdə hörmətli adamsan. Sən desən sözünə baxacaqlar. “Dılğır” kodunu yaz, yaddaşlar açılsın. Bir də ki, mən qarışıq hamımızın yaradıcılığında kommunist də var, 26-lar da, “yest takaya partiya” da. Qazax ziyalılarına yazığın gəlsin. Hər yazıçıya görə o boyda yolu durub Bakıya gəlsələr, müflis olarlar axı.
Fəxri adlarımızı almağa isə çalışmayın. Çünki qaytarılası bir şeyimiz yoxdur. Bircə kəfəndir fani dünyadan gətirdiyimiz, o da çoxdan çürüyüb. Yoxsa bu nə sözdür – o da Sizə qurban idi.         
Mən Elşad Abdullayevə də demişdim – qadınlarla işiniz olmasın. Hacı Məmmədovu da onlar yıxdı, Elşadı da. İndi də növbə sənindir. Eşitdim Qaçaq Nəbinin Həcərinə sataşmısan. Sənin qəhrəmanlıq simvollarımızla nə işin var axı? Gül kimi missiyan var – Yazıçıları diriltmək. 
Yox, yox ixtisasına uyğun - məhkəmə tibb eksperti kimi demirəm. Məcazi mənada, başa düş. Amma öz aramızdı Həcər xanım, Qaçaq Nəbi yaman razılıq edirlər səndən. Gündəmə gətirdiyinçün yox. O öz yerində. Üç deputatın dilini açdığın üçün. Axır ki,  onların da səsini eşitdik.
İki rayondan üzr istəmisən. Tələsmə. Azərbaycanda o qədər rayon var ki... Hər rayondan da 3-4 tanınmış. Üzr istəməyini saxla, say. 5 rayondan bir üzrxahlıq missiyasını  həyata keçir. Narahat olma, öldürüb eləməyəcəklər. Heç görmüsən ki, kimsə kimsəni ölüyə görə öldürsün? Görsən gələndə bizə də göstərərsən.   
Sərdar balam, missiyanı davam etdir. Mənimlə işin olmasın. Oğlum Mahir demək olar ki, hər gün qulağımı çingildədir. Yuxusuna da girirəm xeyri yoxdur. O qədər burda köhnə ölü var ki... Hamısı sənə möhtacdır. Kompromatı da özləri verirlər. Səməd Vurğuna “dılğır” deyəndən sonra Süleyman Rüstəm də yalvarır ki, “nə olar mənə də “keçəl” desin”.
Martın 12-də doğum günümdə qəbrimin üstünə bir nəfər də gəlmədi. Bəlkə Novxanı ziyalıları bundan sonra yada salıb məzarıma yürüş elan edələr. Gələndə yolüstü Xırdalan ziyalılarını da haylasınlar. Nəbi Xəzri də nigarandır. Masazırlılara da hay eləsələr pis olmaz. Yoxsa ki, Əliağa Vahid yaman qanıqara, gileyli gəzir. Süleyman Rəhimovu, Ordubadini, Abdulla Şaiqi, İmran Qasımovu day demirəm. Siyahını uzatmaq istəmirəm. Gəl xiyabanı gəz, bizi ziyarət elə, qeydlərini apar. Növbə ilə gündəmə gətir. Xiyabandan çıxanda ehtiyatla çıx. Şəklini çəkib eləməsinlər.
Səhv etmirəmsə Nüsrət Kəsəmənlinin oğlu demişdi: “Mənim o dünyada o qədər arxam var ki... atam, nənəm, babam...”. İndi sən də heç narahat olma. Dediklərimizi eləsən, gələcəkdə səni Axirət dünyasının Yazıçılar Birliyinə fəxri üzv də seçərik. Ədəbiyyatımız qarşısında misilsiz xidmətlərinə görə. Əlbəttə ki, Cənnətə düşsən. 
Bizdən antireklam kampaniyasının bütün üzvlərinə qarşılıqlı hörmət, ehtiram və salamlarımızı çatdır.
Qabildən Sərdar Cəlaloğluna məktubun linki
Hörmətlə: QABİL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2025 04:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see269

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see252

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see235

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see228

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see226

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see200

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see196

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see190

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see187

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see172

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see171

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see169

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see167

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see165

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see164

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see160

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

15 Avqust 2026 14:52see159

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see158

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see157

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri