O əməkdar artist Emin Sabitoğlunun mahnısını bərbad günə qoydu

31.01.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət Filarmoniyasının solisti Taleh Yahyayev efirdə səsləndirdiyi sərt fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, onun açıqlamaları qısa zamanda müzakirələrə səbəb olub.

Sənətçi bildirib ki, ona bir video göndərilib və həmin görüntülərə baxdıqdan sonra ciddi narazılıq keçirib. Taleh Yahyayev deyib ki, videoda çıxış edən ifaçının Gülyanaq adlı əməkdar artist olduğunu və Naxçıvan Dövlət Filarmoniyasında estrada orkestrinin yaradıldığını öyrənib. Orkestrin ifasını yüksək qiymətləndirən solist, əsas iradının məhz müğənniyə olduğunu vurğulayıb:

"Orkestr çox gözəl ifa edirdi, amma müğənni bərbad oxuyurdu. Sözlər səhv, notlar xaric idi. Emin Sabitoğlunun 'Belə ola, həmişə' adlı mahnısını pis günə qoymuşdu".

Taleh Yahyayev bu cür ifaların yolverilməz olduğunu deyərək filarmoniyada rəhbərliyin məsuliyyətinə də toxunub. Onun sözlərinə görə, filarmoniyada çalışan sənətçilər mütəmadi məşqlərə qatılırlar və klassik, dəyərli əsərlərə daha məsuliyyətlə yanaşmalıdırlar:

"Filarmoniyada sənətçilər məşqlərə gəlirlər. Bu cür mahnıları belə oxumaq olmaz. Bu əsərləri qorumaq üçün siz dövlət tərəfindən maaş alırsınız".

Solistin sərt çıxışı sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilərin bir qismi onun mövqeyini dəstəkləyiblər.

Musa
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью