O əməkdar artist Emin Sabitoğlunun mahnısını bərbad günə qoydu
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Filarmoniyasının solisti Taleh Yahyayev efirdə səsləndirdiyi sərt fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, onun açıqlamaları qısa zamanda müzakirələrə səbəb olub.
Sənətçi bildirib ki, ona bir video göndərilib və həmin görüntülərə baxdıqdan sonra ciddi narazılıq keçirib. Taleh Yahyayev deyib ki, videoda çıxış edən ifaçının Gülyanaq adlı əməkdar artist olduğunu və Naxçıvan Dövlət Filarmoniyasında estrada orkestrinin yaradıldığını öyrənib. Orkestrin ifasını yüksək qiymətləndirən solist, əsas iradının məhz müğənniyə olduğunu vurğulayıb:
"Orkestr çox gözəl ifa edirdi, amma müğənni bərbad oxuyurdu. Sözlər səhv, notlar xaric idi. Emin Sabitoğlunun 'Belə ola, həmişə' adlı mahnısını pis günə qoymuşdu".
Taleh Yahyayev bu cür ifaların yolverilməz olduğunu deyərək filarmoniyada rəhbərliyin məsuliyyətinə də toxunub. Onun sözlərinə görə, filarmoniyada çalışan sənətçilər mütəmadi məşqlərə qatılırlar və klassik, dəyərli əsərlərə daha məsuliyyətlə yanaşmalıdırlar:
"Filarmoniyada sənətçilər məşqlərə gəlirlər. Bu cür mahnıları belə oxumaq olmaz. Bu əsərləri qorumaq üçün siz dövlət tərəfindən maaş alırsınız".
Solistin sərt çıxışı sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilərin bir qismi onun mövqeyini dəstəkləyiblər.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 31 Yanvar 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















