O gecə Bakı metrosu işləməsəydi... | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qaranlıq tunellərdə şütüyən qatarlar gülləbarandan sağ çıxanları mənzillərinə çatdırmışdı Təqvimin qara səhifələrindən biri də 1990-cı ilin o məşum Yanvar gecəsi bəşəriyyət tarixinə mürəkkəblə deyil, nahaq tökülən qanla həkk olundu.
O gecə göy üzü “insanpərvərlikdən” dəm vuran imperiyanın riyakar kölgəsi ilə örtülmüşdü.
Dəmir təkərlərin, zirehli texnikanın uğultusu küçələrə ölüm nəfəsi yaymışdı.
Yaddaşımıza qanla yazılan o zülmət gecədə millətin iradəsini sındırmaq üçün qəddar hökm verildi.
Lakin vətən fədailəri dəmir təkərlərin vəhşətinə sarsılmaz iradələri ilə sinə gərdilər.
Onlar ölüm püskürən dəmir nəhənglərin qarşısına əliyalın çıxdılar, silahları yox idi, amma qəlblərindən alov püskürürdü.
Analar fəryad etdilər, qocalar Tanrıdan aman dilədilər. O gecə güllə səsləri vicdanın səsini susdurdu.
Tam oxu
Xəbəri oxu