O gecədən sonra heç nə əvvəlki kimi olmadı | Icma.az
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "O gecədən sonra heç nə əvvəlki kimi olmadı. On doqquz yaşım var idi.
Gənc tələbə idim, Moskvada oxuyurdum. 21 yanvar səhəri idi. Həmişə evə axşamçağı, bəzən də günorta zəng edərdim.
O gün ilk dəfə idi ki, sübh tezdən evə zəng vururdum. Anam telefonu götürdü. Evin içində ağır bir səssizlik vardı.
Anamın səsi uzaqdan gəlirmiş kimi titrəyirdi, sözləri bir-birinə dolaşırdı".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkə hesabında yazıb.
Aktrisa 20 yanvar facisəindən yazaraq, yaşadıqlarını bölüşüb: "Artıq 23 yanvar Bakıdaydım. Bu, gəncliyimin ən ağır xatirəsi idi.
Atamı, qardaşımı heç vaxt o cür görməmişdim. Ev sükutdan uğuldayırdı. Kimsə danışmırdı, sanki sözlərin özü də yas saxlayırdı.
Atam tez-tez bloka çıxır, səssizcə siqaret çəkirdi. Elə bil tüstüsündə də o gecənin ağrısı dolaşırdı.
Tam oxu
Xəbəri oxu