Icma.az
close
up
RU
O gecədən sonra heç nə əvvəlki kimi olmadı

O gecədən sonra heç nə əvvəlki kimi olmadı

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"O gecədən sonra heç nə  əvvəlki kimi olmadı. On doqquz yaşım var idi. Gənc tələbə idim, Moskvada oxuyurdum. 21 yanvar səhəri idi. Həmişə evə axşamçağı, bəzən də günorta zəng edərdim. O gün ilk dəfə idi ki, sübh tezdən evə zəng vururdum. Anam telefonu götürdü. Evin içində ağır bir səssizlik vardı. Anamın səsi uzaqdan gəlirmiş kimi titrəyirdi, sözləri bir-birinə dolaşırdı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkə hesabında yazıb. Aktrisa 20 yanvar facisəindən yazaraq, yaşadıqlarını bölüşüb:

"Artıq 23 yanvar Bakıdaydım. Bu, gəncliyimin ən ağır xatirəsi idi. Atamı, qardaşımı heç vaxt o cür görməmişdim. Ev sükutdan uğuldayırdı. Kimsə danışmırdı, sanki sözlərin özü də yas saxlayırdı. Atam tez-tez bloka çıxır, səssizcə siqaret çəkirdi. Elə bil tüstüsündə də o gecənin ağrısı dolaşırdı.
Biz XI-ci Qızıl Ordu metro stansiyası yaxınlığında yaşayırdıq. Sovet ordusunun əliyalın, günahsız insanlara güllə açdığı o gecə atamla qardaşım da ölümün nəfəsini üzlərində hiss edərək orda idilər. Günorta saatlarında anam, onun rəfiqəsi Ədilə xala və izdihamın içində növbəni gözləyən gənc yaşında mən nə baş verdiyini tam anlaya bilmirdim, amma hər şeyi dərindən hiss edirdim. 

Axşam saat səkkiz olardı, Şəhidlər xiyabanına girə bildik. Donmuş əllərimlə ilk dəfə idi ki, şəhidlərimizi qərənfillərlə örtürdüm. İtirilmiş xəyalların, yarımçıq qalmış həyatların, heç vaxt gerçəkləşməyəcək arzuların qırmızı rəngini əllərimdə hiss edirdim. Axı bu güllər bir zamanlar yaşayan, gülən, sevinən insanlara verilən hörmət idi.

İndi isə mənim üçün zaman dayanmışdı. Anaların fəryadı, ataların sükutu, bacıların və gəlinlərin üzündə ağrını  görmək içimi parçalayırdı. İzdihamın içində dayanan insanlar da  özlərini itirmişdi. Bəziləri susurdu, bəziləri isə səssizcə dua edirdi. Hər kəsin üzündə eyni acı, eyni boşluq vardı. Bu dəhşəti yaşamaq, onu gözlərimlə görüb ruhumla dərk etmək dözülməz idi. Bəzən nəsə demək istəyirdim, sözlər boğazımda düyünlənib səsə çevrilə bilmirdi. Mən bunların hamısını gördüm. Təkcə gözlərimlə  görmədim, ruhumla dərk etdim. Həmin gün mən böyüdüm.
O səhər qırmızı günəş doğmadı. Bakıda azadlıq qırmızı qərənfillərlə doğuldu.

Otuz altı il keçdi. Zaman irəli getdi, amma yaddaş yerində qaldı. O gecənin içində mənim gəncliyim var. O illərin susdurulmuş həqiqətləri var. Həyatımın və tariximin ayrılmaz bir parçası var. Hisslərimdən, arzularımdan, ümidsiz ovqatlarımdan, sarsıntı və kədərimdən yoğrulmuş xatirələrim var".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://axsam.az
archiveBu xəbər 21 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri