Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın Venesueladan ölkəyə narkotik daşındığı haqda bəyanatlarına inanmadığını deyib.
Globalinfo.az xəbər verir ki, o, Venesuela prezidenti Nikolas Maduronun bu işdə əli olduğuna dair iddiaları rədd edib.
“Mən ABŞ-a daxil olan bu qədər narkotikin Venesueladan gəldiyinə inanmıram. Trampın bu mövzuda dediklərinə də inamım yoxdur. Əlimizdə heç bir fakt yoxdur. Maduro narkoman deyil, buna əminəm”, – Lukaşenko vurğulayıb.
Müsahibəni ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Con Koulun həyat yoldaşı, Newsmax TV-nin aparıcısı Qreta Konvey Van Sasteren aparıb.
Xatırladaq ki, Lukaşenko dekabrın 12–13-də Minskdə Koul ilə görüşlər keçirmişdi.
Əliyar Xəlil