O narkoman deyil Lukaşenko Trampa inanmadı və bu prezidenti müdafiə etdi
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın Venesueladan ölkəyə narkotik daşındığı haqda bəyanatlarına inanmadığını deyib.
Globalinfo.az xəbər verir ki, o, Venesuela prezidenti Nikolas Maduronun bu işdə əli olduğuna dair iddiaları rədd edib.
“Mən ABŞ-a daxil olan bu qədər narkotikin Venesueladan gəldiyinə inanmıram. Trampın bu mövzuda dediklərinə də inamım yoxdur. Əlimizdə heç bir fakt yoxdur. Maduro narkoman deyil, buna əminəm”, – Lukaşenko vurğulayıb.
Müsahibəni ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Con Koulun həyat yoldaşı, Newsmax TV-nin aparıcısı Qreta Konvey Van Sasteren aparıb.
Xatırladaq ki, Lukaşenko dekabrın 12–13-də Minskdə Koul ilə görüşlər keçirmişdi.
Əliyar Xəlil
Baxış sayı:59
Bu xəbər 16 Dekabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















