Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son günlər Azərbaycanda 14 yaşlı yeniyetmənin qəyyumu olan xalası tərəfindən işgəncələrə məruz qalması rezonansa səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, məsələ qonşuların yayımladığı həssas görüntülər və şikayətlərdən sonra gündəmə gəlib.
Əlavə edək ki, sözügedən yeniyetmənin 21 yaşlı böyük qardaşı da var.
Qonşular iddia edir ki, işgəncələr təkcə 14 yaşlı yeniyetməyə yox, əvvəllər dəfələrlə onun böyük qardaşına qarşı da olunub.
O, bu deyilənləri təkzib etsə də, hətta, qonşularını belə təhdid altında saxladığı deyilən qadının gəncin hansı yollarla beynini yuya biləcəyi müəmmadır.
Daha bir iddia isə ondan ibarətdir ki, sözügedən qəyyum - Günay Novruzova ərazidə falçılıqla məşğul olub.
Qardaşların valideynləri bir neçə il əvvəl vəfat edib. Elə bundan sonra uşaqlar “Hacı xanım” kimi tanınan G.Novruzovanın qəyyumluğuna verili