Icma.az
close
up
RU
O uşaqlar “Hacı xanım”ın vicdanına həvalə edilib?

O uşaqlar “Hacı xanım”ın vicdanına həvalə edilib?

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Azərbaycanda 14 yaşlı yeniyetmənin qəyyumu olan xalası tərəfindən işgəncələrə məruz qalması rezonansa səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, məsələ qonşuların yayımladığı həssas görüntülər və şikayətlərdən sonra gündəmə gəlib.

Əlavə edək ki, sözügedən yeniyetmənin 21 yaşlı böyük qardaşı da var. Qonşular iddia edir ki, işgəncələr təkcə 14 yaşlı yeniyetməyə yox, əvvəllər dəfələrlə onun böyük qardaşına qarşı da olunub. 

O, bu deyilənləri təkzib etsə də, hətta, qonşularını belə təhdid altında saxladığı deyilən qadının gəncin hansı yollarla beynini yuya biləcəyi müəmmadır.  

Daha bir iddia isə ondan ibarətdir ki, sözügedən qəyyum - Günay Novruzova ərazidə falçılıqla məşğul olub.

Qardaşların valideynləri bir neçə il əvvəl vəfat edib. Elə bundan sonra uşaqlar “Hacı xanım” kimi tanınan G.Novruzovanın qəyyumluğuna verilib.

Onu deyək ki, Azərbaycanda uşağın qəyyumluğa (və ya himayəyə) götürülməsi Ailə Məcəlləsi, “Qəyyumluq və himayəçilik haqqında” Qanunla tənzimlənir. Qəyyumluq – 14 yaşına qədər valideyn himayəsindən məhrum olmuş uşaqlara təyin edilir. Himayə isə 14–18 yaş arasında olan uşaqlara tətbiq olunur. Bunun üçün qəyyumdan bir çox sənəd tələb olunur ki, burada həmin şəxs və ya şəxslərin (red.-ər-arvad və ya hər iki cinsdən olan ayrı-ayrı şəxslər) psixi vəziyyətinin yerində olub-olmamasını təsdiq edən tibbi arayış da yer alır.

Çünki Ailə Məcəlləsində qeyd olunur ki, qəyyum və ya himayədar uşağın tərbiyəsinə və sağlamlığına zərər vuracaq şəxs ola bilməz.

Bundan əlavə, sözügedən şəxs ən azı 11 illik tam orta təhsil səviyyəsini bitirmiş olmalıdır. Daha sonra qəyyumluq və himayə orqanı müraciəti araşdırır, ailə mühitini yoxlayır və son qərarı qəbul edərək müvafiq sənədlə rəsmiləşdirilir.

Şikayətlər əsasında adamın ağlına birinci bu versiya gəlir: Falçılıq fəaliyyəti göstərən dırnaqarası Hacı xanıma 2 uşaq qəyyumluğu necə və hansı formada verilib?!

Məsələnin digər bir tərəfi isə odur ki, qanunvericilikdə qeyd olunur ki, uşaq qəyyumluğa verildikdən sonra da məsələ kağız üstündə qalmamalı, ailə və uşaqlarla daimi görüşlər, monitorinqlər keçirilməlidir.

Belə ki, “Qəyyumluq və Himayəçilik haqqında” Qanun qəyyumluq orqanlarının himayədarın fəaliyyətinə davamlı nəzarət etməsini, uşağın yaşayış şəraitini mütəmadi yoxlamasını tələb edir. Bu hal pozulduqda isə Ailə Məcəlləsinin 127-ci maddəsi ilə qəyyumluq orqanlarının qəyyumluğu ləğv etməsini tələb edir.

Əlavə edək ki, bu, xaricdə də belə formada tənzimlənir. Belə ki, qəyyumlar yalnız uşağa baxmaqla kifayətlənmirlər, onlar həm də rəsmi hesabatlar təqdim etməlidirlər (uşağın təhsili, sağlamlığı, sosial inkişafı barədə). Ölkələrin sosial xidmət orqanları qəyyumların evlərinə aylıq, rüblük və illik ziyarətlər həyata keçirirlər.

Qanunda hər şey aydındır: nəzarət olmalıdır, uşağın rifahı qorunmalıdır.

Uşaqların uzun müddət davamlı işgəncələrə məruz qaldığını deyən sakinlərin iddiası əsaslıdırsa, ortaya belə bir sual çıxır:

Necə oldu ki, müvafiq qurumlar bu uşaqların illərlə ağır şiddət şəraitində yaşamasından xəbərsiz qaldı?

Əgər yoxlamalar aparılıbsa, ya, formal səciyyəli olub, ya da ailə, ümumiyyətlə, monitorinqlərdən kənar qalıb.

Onda uşaqların taleyi Allahın ümidinə, yaxud da “Hacı xanım”la qonşuların vicdanına həvalə edilib?!

Xatırladaq ki, artıq G.Novruzova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun qəyyumluğunun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülür. 

Telli Minbir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see326

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see274

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see232

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see227

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see225

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see222

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see221

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see219

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see215

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see202

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see196

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see185

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see184

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see182

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see181

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see167

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri