Icma.az, Kulis.az saytına istinadən bildirir. Kulis.az Nahid Hacızadənin İsmayıl Şıxlıya həsr etdiyi "İllərin xatirə işığında" silsiləsindən
Bir dəfə Xalq şairi Qabil ilə söhbət eləyəndə, İsmayıl Şıxlıdan söz düşdü.
Qabil ürəkdən gələn səslə: - Nahidcan, - dedi, - inanıram ki, sən də bu fikirdəsən, mən özlüyümdə o kişini əhli-ürfan sanıram.
- Qabil müəllim, İsmayıl Şıxlı sözün əsl mənasında insanlıq etalonudur, - deyibən onun sözünə qüvvət verdim. - Atan oldu rəhmətlik!
- O, diqqətlə üzümə baxdı. - Doğrudan da, İsmayıl müəllimin tayı-bərabəri yoxdu - yazıçı kimi də, pedaqoq kimi də, ailə başçısı kimi də, dos
daha nə deyim. O, bəzəksiz-düzəksiz xalq adamı, lap bir az dərinə getsək, əməlli-başlı dövlət xadimidir.
Bir balaca vəzifəyə meylli olsaydı, bizlərdən çoxdan aralanmışdı. Onda da nə əlimiz çatardı, nə ünümüz yetərdi o ağır taxtalı kişiyə.
Yaxşı ki, elə bizim yanımızdadır. Bu bizim xoşbəxtliyimizdir.