Icma.az
close
up
RU
O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm... Xalq şairi niyə o qadını kirvə tutmuşdu?

O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm... Xalq şairi niyə o qadını kirvə tutmuşdu?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Nahid Hacızadənin İsmayıl Şıxlıya həsr etdiyi "İllərin xatirə işığında" silsiləsindən növbəti xatirə yazısını təqdim edir.

Bir dəfə Xalq şairi Qabil ilə söhbət eləyəndə, İsmayıl Şıxlıdan söz düşdü. Qabil ürəkdən gələn səslə:

- Nahidcan, - dedi, - inanıram ki, sən də bu fikirdəsən, mən özlüyümdə o kişini əhli-ürfan sanıram.

- Qabil müəllim, İsmayıl Şıxlı sözün əsl mənasında insanlıq etalonudur, - deyibən onun sözünə qüvvət verdim.

- Atan oldu rəhmətlik! - O, diqqətlə üzümə baxdı. - Doğrudan da, İsmayıl müəllimin tayı-bərabəri yoxdu - yazıçı kimi də, pedaqoq kimi də, ailə başçısı kimi də, dost kimi də... daha nə deyim. O, bəzəksiz-düzəksiz xalq adamı, lap bir az dərinə getsək, əməlli-başlı dövlət xadimidir. Bir balaca vəzifəyə meylli olsaydı, bizlərdən çoxdan aralanmışdı. Onda da nə əlimiz çatardı, nə ünümüz yetərdi o ağır taxtalı kişiyə. Yaxşı ki, elə bizim yanımızdadır. Bu bizim xoşbəxtliyimizdir. Hərdən şərə-şür iş görəndə, cığırımızdan çıxanda bizi "pişiyim-pişiyim"lə utandırır. Çox yaxın qonşu olmuşuq, həmişə sevinc gətirib bu qonşuluq bizə. Mən həmişə İsmayıl Qəhrəman oğlunun qapısını ərklə, ürəklə açmışam.

İsmayıl müəllim yaxın qonşusu Qabillə şirin yoldaşlıq, dostluq eləyirdi. Sonra isə daha da yaxınlaşdılar, kirvə oldular.

...Aradan çox illər keçəndən sonra, daha doğrusu, 2008-ci ilin yayında, Qabilin vəfatının ilində çadıra daxil olarkən stolların üstündə gözümə ilk sataşan üz qabığında Qabilin buxara papaqda çəkilmiş rəngli portreti olan kitab sataşdı. Şair elə bil gülümsər gözlərlə bizi salamlayırdı. Bu, Xalq yazıçısı İsmayıl Şıxlının təzəcə çapdan çıxmış "Dostum Qabilin qəribə əhvalatları" idi. Götürüb vərəqlədim. Kitab məni aldı. Yas məclisində olduğumu belə unutmuşdum. Acgözlüklə oxuyur, gözümü səhifələrdən çəkə bilmir, oxuduqca oxumaq istəyirdim. Burada qələmə alınan əhvalatların çoxunu müəllifin öz dilindən dəfələrlə eşitsəm də, kitabı yerə qoyub, məclisin ahənginə qoşula bilmirdim.

Haradansa yadıma Qabilin oğlu Mahirə kirvə axtarması əhvalatı düşdü. Vərəqləri çevirib, tezcə də tapdım. Başladım oxumağa.

"Bir səhər Qabil bizə gəldi. Narahat idi. Sözlü adama oxşayırdı. Ortaya çay qoyuldu. Stəkanı axıracan içməyə səbri çatmadı.

- Bilirsən, nə var, Mirzə, oğlumu sünnət eləmək istəyirəm.

- Lap yaxşı eləyirsən, çox mübarək.

- Sağ ol, amma bir məsələ var.

- O nədi elə?

- Kirvə axtarıram.

Gülməyim tutdu.

- Gülmə, Mirzə, bizdə - Abşeronda kirvəlik o qədər dəb deyil. Amma siz tərəfdə dəbdir.

- Dəb salarsınız, dəb də olar.

- Elə məsələ də orasındadır. Bilirsən, Mirzə, Mahir mənim gözümün ağı-qarası bircə balamdır. İstəyirəm, onun kirvəsi müqəddəs adam olsun.

- Yaxşı eləyirsən. Nə çoxdu dost-aşnan.

- Var, amma onları istəmirəm.

- Bəs kimi istəyirsən?

- Səni.

- Məni?

- Həri. Mənə səndən yaxın kim var? Səndən əməllisini hardan tapacam? Düz iki aydır götür-qoy eləyirəm, əl çəkən deyiləm.

Mən Qabilə etiraz etdim. Ürəyimin zəif olduğunu, uşağın əziyyətinə dözə bilməyəcəyimi söylədim. Qabil üz vurdu, mən boyun qaçırdım. Axırda əlacı kəsilib susdu. Gördüm yaman pərt oldu. Axı indiyəcən onun bir sözünü iki eləməmişdim.

Birdən gözü söhbətimizə qulaq asan yoldaşıma sataşdı. Dərhal dirçəldi:

- Ümidə bacı, indi ki belə oldu, sən Mahirin kirvəsi ol.

- Boy, nə danışırsan, ay Qabil, heç arvaddan da kirvə olar?

- Niyə olmur, dəbə salarsan, olar.

Razılaşmaqdan başqa yolum qalmadı".

Bir neçə dəfə özümü saxlaya bilmədim. Pıqqıltı ilə güldüm. Mənimlə yanaşı oturmuş yazıçı Əlibala Hacızadə qolumdan çəkdi:

- Nahid, yas məclisindəyik axı...

- Bilirəm, özümdən asılı deyil.

- Hələ çörəyini ye, kitab qaçmır ki, evdə oxuyarsan.

Ürəyimdən keçdi: "İsmayıl müəllimin də, Qabilin də qəbri nurla dolsun. Elə bil ürəyimə işıq səpdilər".

Əlim süfrəyə uzansa da, kitabdan gözümü ayıra bilmirdim. İndicə oxuduğum "kirvəlik" əhvalatından sonra "elçilik" gəlirdi. Səbrim çatmadı. Sətirlər gözümdə cərgələndi, səhifələr isə bir-birini əvəz etməyə başladı:

"Mən mənzilimi dəyişmişdim. Aralı düşmüşdük. Amma əlaqələrimiz kəsilməmişdi. Bir gün yenə qapımızı döydü. Hay-harayla içəri girdi. Xoş-beşdən sonra gözlənilmədən soruşdu:

- Mirzə, hələ səni deputatlıqdan çıxarmayıblar ki?

Qəfil sualdan özümü itirsəm də, cavab verdim:

- Yox.

- Lap yaxşı, - dedi, azacıq fikrə getdi və sonra yenidən gözünü üzümə zillədi. - Yəqin, sənə hələ beş-on gün dəyməzlər.

- Mən də elə bilirəm.

- Sən vəzifədən çıxmısan, bunun deputatlığa nə dəxli?

Keçib əyləşdik. Qabilin sorğu-sualının dalını gözlədim. O, məni intizarda qoymadı. Təzədən qəribə sual verdi:

- Deputat sərhəd rayonlarına "propusk"suz gedə bilərmi?

- Gedə bilər.

- Bəs maşında yanınca gedənlər necə?

- Onlar da "propusk"suz gedə bilərlər.

- Lap yaxşı. Bu oldu əla.

Bu dəfə mən dözmədim.

- Qabil, mus-mus deyincə, birdəfəlik Mustafasını de görək.

- Bu saat, Mirzə, səbir elə. Heç Yardımlıda olmusanmı?

- Yox. Yolum düşməyib.

- Hə, indi düşəcək. Salyanda, Şorsuludan o tərəfdəki sərhəd məntəqəsindən bizi sən keçirəcəksən. Elçin bala əyləşəcək "Volqa"sında, yanında da sən. Arxada da üç nəfər. Birbaş qalxacağıq Yardımlıya.

- Xeyirdirmi, Qabil?

- Xeyirdir, Mirzə. Mahir balama elçiliyə gedirik. Onun kirvəsi müqəddəs adam, elçisi də deputat olmalıdır. Yoxsa bizi sərhəddən buraxmazlar".

Yenə dəli gülmək məni tutdu, nə tutdu. Gördüm sağdan, soldan mənə baxırlar, utandım...

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı Tanınmış müğənni ilə bəstəkar arasında mahnı qalmaqalı Liam Peynin ilkin ölüm səbəbi açıqlandı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see226

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see205

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see172

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see153

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see133

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see132

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see131

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see128

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see127

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see126

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see124

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri