Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır. Bu gün Novruzun ikinci çərşənbəsi- Od çərşənbəsidir.
Od çərşənbəsinə bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyirlər.AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Bakıvaxtı.az-a milli adət-ənənəmiz olan od çərşənbəsinin tarixindən bəhs edib.Folklorşünas bildirib ki, Od çərşənbəsi Novruzun gəlməsini və təbiətin canlanmasını simvolizə edən ənənəvi bir mərasimdir.
Od qədim dövrlərdə həm təmizləyici, həm də qoruyucu bir qüvvə kimi qəbul edilib. İnsanlar hər zaman Oda ehtiyac duyublar.
Odun kəşfi insan həyatını rahatladan ən mühüm ünsürlərdən biri olub.
Mifoloji rəvayətlər göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə, onu müqəddəs olaraq qəbul edib və inanclar, mərasimlər yaradıblar.
Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, oda, atəşə böyük inam olub.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.