Icma.az
close
up
RU
Ocağınız odlu, eviniz nurlu olsun Bu gün Od çərşənbəsidir

Ocağınız odlu, eviniz nurlu olsun Bu gün Od çərşənbəsidir

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bu gün Novruzun ikinci çərşənbəsi- Od çərşənbəsidir. Od çərşənbəsinə bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyirlər.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Bakıvaxtı.az-a milli adət-ənənəmiz olan od çərşənbəsinin tarixindən bəhs edib.

Folklorşünas bildirib ki, Od çərşənbəsi Novruzun gəlməsini və təbiətin canlanmasını simvolizə edən ənənəvi bir mərasimdir. Od qədim dövrlərdə həm təmizləyici, həm də qoruyucu bir qüvvə kimi qəbul edilib. İnsanlar hər zaman Oda ehtiyac duyublar. Odun kəşfi insan həyatını rahatladan ən mühüm ünsürlərdən biri olub. Mifoloji rəvayətlər göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə, onu müqəddəs olaraq qəbul edib və inanclar, mərasimlər yaradıblar.

 Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, oda, atəşə böyük inam olub. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub.

Elyar İslamoğlu, folklorşünas

Müsahibimiz vurğulayıb ki, “Kitabi Dədə Qorqud” dastanında da aydın görmək olur ki, insanlar arasında belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, onlara хoşbəхtlik gətirər:

"Qədimdə kənd yerlərində bayramlarda, şad günlərdə kəndliləri agah etmək üçün həmişə dağların başında tonqallar qalandığı dastanda bildirilib. Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqalın qalanması daha məqsədə uyğun hesab olunurmuş.

Dastanda ad günlərdə tonqal qalanması haqqında, tonqala olan münasibət və onun müqəddəsliyi haqqında fikirlər də var. Dastanda Dədə Qorqud Oğuz igidlərinə deyir ki, şad günlərinizdə, bəd günlərinizdə uca dağ başında tonqal qalayın. Uzaqdakı Oğuz igidləri o tonqallar sayəsində darda və ya şad gündə olduğunuzu təyin edib köməyə gələ bilsinlər. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır".

"Od çərşənbəsi gecəsi, xüsusilə kənd yerlərində od yandırmaq və onun üzərindən tullanmaq ənənəsi geniş yayılıb. Bu, həm də qədim zamanlarda pis enerjilərin və xəstəliklərin odla “yandırılması” məfhumunu əks etdirir. İnsanlar odun üstündən atlayaraq, xəstəliklərinin, ağrı-acılarının odda yanmasını və sağlamlıq arzulayırlar",- deyə E.İslamoğlu qeyd edib.

Odla bağlı atalar sözləri

Odu su ilə söndürmək olmaz.

Od çərşəbəsində ocağı boş qoymazlar.

Odsuz ocaq olmaz.

Od yanan yerdən tüstü çıxar.

Od yanmasa tüstü çıxmaz.

Oda pənah aparanın ocağı sönməz.

Od qalar köz olar, qız qalar söz olar.

Od düşəndə, yaşda yanar, quruda.

Odda sönər sovuyar, güldə solar quruyar.

Odun imanı, sudadır.

Odla bağlı inanclar

Ocaq yananda səs çıxırsa, kimsə sözünü danışır.

Od hisli olarsa, uzaqdan qonaq gələcək.

Ocaqda kül titrəyəndə od xeyirə oynayır.

Ocağı dağıdan xeyir tapmaz.

Ocaq sönməyən yerdə məskən salarlar.

Çərşənbədə ocağı boş qoymazlar.

Odla bağlı alqışlar

Ocağın odlu, qazanın qaynar olsun.

Ocağınız odlu, eviniz nurlu olsun

Ağrın, acın odda yansın.

Ocağın bərəkətli olsun.

Ocağın sönməsin.

Qeyd edək ki, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Hər zaman ocağınız yanar, odunuz sönməz, eviniz işıqlı olsun! Od çərşənbəniz mübarək!

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Mart 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri