Öcalan PKKnı silahı yerə qoymağa çağıracaq Vaxt verildi

10.01.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) İmralıda ömürlük həbs cəzası çəkən lideri Abdulla Öcalan tərəfdarlarına müraciət edərək, silahlarını yerə qoymağa çağıra bilər. Bu, Türkiyə ilə uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoya bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Məlumata görə, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı PKK yaraqlılarına, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq. Bu, kürd yönümlü DEM partiyasının nümayəndələrinin İmralı adasındakı həbsxanada onunla ikinci və ya üçüncü  görüşündən  sonra əlyazma məktub və ya videomüraciət şəklində edilə bilər. Onlar daha əvvəl Öcalanla dekabrda görüşüblər.

TGRT telekanalı isə öz növbəsində iddia edir ki, Öcalanın PKK-ya müraciəti fevralın ortalarından gec olmayaraq gözlənilir.

“Türkiye”, həmçinin bildirir ki, Türkiyə tərəfi Suriya ərazisini tərk etməli olan PKK-YPG (PKK-nın Suriya qolu olan Xalq Müdafiə Birlikləri) rəhbərliyinin siyahısını Suriyanın yeni hakimiyyət orqanlarına təhvil verib.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью