Öcalan PKKnı silahı yerə qoymağa çağıracaq Vaxt verildi
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) İmralıda ömürlük həbs cəzası çəkən lideri Abdulla Öcalan tərəfdarlarına müraciət edərək, silahlarını yerə qoymağa çağıra bilər. Bu, Türkiyə ilə uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoya bilər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Məlumata görə, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı PKK yaraqlılarına, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq. Bu, kürd yönümlü DEM partiyasının nümayəndələrinin İmralı adasındakı həbsxanada onunla ikinci və ya üçüncü görüşündən sonra əlyazma məktub və ya videomüraciət şəklində edilə bilər. Onlar daha əvvəl Öcalanla dekabrda görüşüblər.
TGRT telekanalı isə öz növbəsində iddia edir ki, Öcalanın PKK-ya müraciəti fevralın ortalarından gec olmayaraq gözlənilir.
“Türkiye”, həmçinin bildirir ki, Türkiyə tərəfi Suriya ərazisini tərk etməli olan PKK-YPG (PKK-nın Suriya qolu olan Xalq Müdafiə Birlikləri) rəhbərliyinin siyahısını Suriyanın yeni hakimiyyət orqanlarına təhvil verib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















