Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən ayın sonlarında PKK qurucusu və lideri 1999-cu ildən Mərmərə dənizinin cənub-şərq hissəsində yerləşən İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa və özünü buraxmağa çağırıb.
Öcalan bu çağırışının tarixi məsuliyyətini üzərinə götürdüyünü vurğulayıb.
Məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalının bu məsələyə münasibətinin müsbət olduğu bildirilib.
Öcalan PKK-nın qurultay keçirərək dövlət və cəmiyyətlə inteqrasiya üçün qərar qəbul etməsinin vacibliyini qeyd edib.
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz PKK-nın atəşkəs elan etməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib ki, terror təşkilatının heç bir danışıqlar aparılmadan ləğvi həm demokratiya, həm də təhlükəsizlik sahəsində yeni mühit və dövr deməkdir.
“Terrorsuz Türkiyə hədəfində yeni mərhələyə keçilib. Biz müvafiq qurumlarımızla birlikdə bu yeni mərhələni və onun meydandakı konkret əksini
Ümid edirik ki, yaranan bu fürsət dəyərləndiriləcək, bu səy tez bir zamanda uğurla yekunlaşacaq və bölgəmizdə imperiya ambisiyaları ilə plan