Icma.az
close
up
RU
Öcalanın açıqlaması Türkiyə üçün ciddi uğur sayıla bilər

Öcalanın açıqlaması Türkiyə üçün ciddi uğur sayıla bilər

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən ayın sonlarında PKK qurucusu və lideri 1999-cu ildən Mərmərə dənizinin cənub-şərq hissəsində yerləşən İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa və özünü buraxmağa çağırıb. Öcalan bu çağırışının tarixi məsuliyyətini üzərinə götürdüyünü vurğulayıb.

Məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalının bu məsələyə münasibətinin müsbət olduğu bildirilib. Öcalan PKK-nın qurultay keçirərək dövlət və cəmiyyətlə inteqrasiya üçün qərar qəbul etməsinin vacibliyini qeyd edib.

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz PKK-nın atəşkəs elan etməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib ki, terror təşkilatının heç bir danışıqlar aparılmadan ləğvi həm demokratiya, həm də təhlükəsizlik sahəsində yeni mühit və dövr deməkdir.

“Terrorsuz Türkiyə hədəfində yeni mərhələyə keçilib. Biz müvafiq qurumlarımızla birlikdə bu yeni mərhələni və onun meydandakı konkret əksini diqqətlə izləyəcəyik. Ümid edirik ki, yaranan bu fürsət dəyərləndiriləcək, bu səy tez bir zamanda uğurla yekunlaşacaq və bölgəmizdə imperiya ambisiyaları ilə planlar quranların tələləri ən qısa zamanda məhv olacaq”, - C.Yılmaz qeyd edib.

Çağırış yalnız Türkiyə daxilində deyil, bir çox ölkədə də geniş əks-səda doğurub.

Məsələn, Ağ Evinin rəsmiləri bu çağırışı müsbət qiymətləndirib, bölgədə sabitliyə töhfə verə biləcəyini bildiriblər. "Reuters"in məlumatına görə, ABŞ rəsmiləri bu addımın Suriya və İraqdakı qüvvələrə də təsir edəcəyini düşünürlər. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Briyan Hyuiz bu çağırışı "vacib inkişaf" adlandırıb: "Bu addımın Türkiyənin ABŞ-ın Suriyanın şimal-şərqindəki IŞİD-ə qarşı müttəfiqləri ilə bağlı narahatlıqlarını azaldacağına ümid edirik".

PKK-nın Suriyadakı qanadı olan Suriya Demokratik Qüvvələrinin (SDG) komandanı Mazlum Kobani də açıqlama verib. O, PKK-nın bu addımının bölgəyə təsir edə biləcəyini, lakin SDG-nin bunun bir hissəsi olmadığını iddia edib. PYD və YPG-nin rəsmiləri isə problemin müzakirə yolu ilə həll edilməsinə üstünlük verdiklərini qeyd ediblər.

Terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslim də reaksiya verib. Müslim Öcalanın çağırışını dəstəkləyib. "Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.

İraq Xarici İşlər Nazirliyi bu çağırışı "bölgədə sabitlik üçün müsbət və mühüm bir addım" olaraq dəyərləndirib.

İraq Kürdistanı Regional Hökumətinin prezidenti Nəcirvan Barzani sosial şəbəkə hesabında paylaşdığı mesajda barış prosesini "tamamilə dəstəklədiklərini" ifadə edib və "prosesin irəliləməsi üçün vasitəçilik etməyə və hər cür dəstəyi verməyə hazır olduqlarını" bildirib.

BMT Baş katibi Antoniu Quterreş Öcalanın 40 ildən artıq davam edən münaqişənin həlli üçün etdiyi yeni müraciətini alqışlayır. Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında bildirib. O qeyd edib ki, BMT vəziyyəti yaxından izləyir: “Bu, son dərəcə vacib xəbərdir. Növbəti addımlar barədə daha ətraflı məlumat əldə etməyə çalışırıq. Bu məsələ bizim üçün olduqca önəmlidir. Söhbət uzun illərdir davam edən və çoxsaylı insan ölümü ilə nəticələnən münaqişədən gedir. Müraciət müəyyən mənada ümid yaradır. Baş katib prosesdə iştirak edən bütün tərəflərlə işləməyə həmişə hazırdır”.

İngiltərə Xarici İşlər Nazirliyi də bütün tərəfləri "təhlükəsizlik, sabitlik və hüququn üstünlüyünə hörmət edən sülhpərvər və inkişafa açıq bir prosesi dəstəkləməyə" çağırıb.

Almaniya Xarici İşlər Nazirliyi isə Öcalanın təşkilatın ləğvi ilə bağlı çağırışını “tarixi fürsət” kimi qiymətləndirib və hadisələrin Türkiyə üçün “önəmli bir addım olacağını” vurğulayıb.

İran da PKK lideri Abdullah Öcalanın silahı yerə qoyma çağırışını alqışlayır. "Mehr" agentliyi xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

"İran terrorun qarşısının alınmasına və qonşu Türkiyənin təhlükəsizliyinin gücləndirilməsinə səbəb olacaq istənilən prosesi alqışlayır və ümid edir ki, bu hadisələr regional səviyyədə də müsbət təsir göstərəcək", - iranlı diplomat deyib.

Mövzu ilə bağlı türkiyəli politoloq, Beynəlxalq Strateji İdarəetmə və İcraçılar Assosiasiyasının baş katibi, professor Cemal Zehir “Xalq Cəbhəsi”nə PKK və DEM partiyalılarının açıqlamasını araşdıranda bunu şübhəli, lakin ehtiyatlı hesab etdiyini deyib. Onun fikrincə, Paşinyanın sülh danışıqları nə qədər səmimidirsə, PKK lideri də o qədər səmimidir: “Öcalanın açıqlaması ilk baxışdan çox müsbət və aydın şeyləri ifadə edən mətn kimi görünsə də, biz çox yaxşı bilirik ki, PKK sülh deyirsə müharibə, demokratiya deyirsə parçalanma deməkdir. Deyək ki, Öcalanın tövsiyə etdiyi kimi PKK əslində özünü buraxdı. Suriya, İraq və İrandakı terrorçular da artıq PKK ilə heç bir əlaqəsi olmadığını bəyan edərək, artıq Türkiyə ilə işlərinin və PKK üzvü olmadıqlarını bildiriblər. Belə olan halda Türkiyə İraq və Suriyadakı terror ünsürlərinə qarşı necə hərbi addım atacaq? O, hansı qanuni əsaslandırmadan istifadə edəcək?

Türkiyəyə deməzlərmi, onlarla barışdın, PKK silahı yerə qoydu, onlar artıq PKK-lı deyillər? Türkiyə sərhəddində qurulan, lakin artıq PKK adını daşımayan, Türkiyəyə qarşı fəaliyyət göstərməyən təşkilatlar bizə problem yaratmayacaqmı? Onsuz da bizə hücum etmirlər, bunun bizim işimiz olmadığını deyəcəyik? Adları PKK olmadığı üçün gələcəyə hazırlıq görmələrinə göz yumacağıq?

Bir sözlə, bu məsələdə çoxlu suallar və bütün açıqlıq dünyası var. Söhbət 4 ay əvvəl Ankarada TAİ kimi strateji bir quruma hücum edən terror təşkilatından gedir. Dünyanın ən qanlı terror təşkilatlarından biri olan PKK Öcalanın açıqlaması ilə aradan qaldırıla bilərmi? PKK-nın əsl sahibləri bu dağılma haqqında nə deyərdilər? Maraqlıdır, gələcəkdə Türkiyə üçün daha təhlükəli nəticələr olacaqmı?”

C.Zehri onu da sual edib ki, PKK silahı yerə qoyub bunun müqabilində müdafiə etdiyi fikirləri qanuniləşdirmirmi? Belə olan halda, bölgənin bütün ağır şərtlərinə baxmayaraq, PKK-ya dəstək verməyən kürd qardaşlarımızı yarı yolda qoyub separatçı siyasətin qucağına atmırıqmı?: “Öcalan da muxtariyyət və federasiya tələblərinin artıq keçərli olmadığını söyləsə belə. Amma yeri gələndə mütləq nəsə istəyəcəklər.

Görünən odur ki, hələlik həm qurumun, həm də hökumətin bir qədər vaxt udmaq şansı var. Mən də hesab edirəm ki, hadisələr daxili siyasi balanslarla və qarşıdan gələn seçkilərlə sıx bağlıdır. İstər-istəməz ürəyim bulanır. Mənə elə gəlir ki, teatra baxırıq. Beləliklə, biz şeytanın vəkilini nəzərə almalıyıq.

PKK-nın səmimiyyətinə bir şərtlə inanıram: silahları gətirib Türkiyəyə versinlər. Allah ölkəmizi hər cür daxili və xarici bəlalardan qorusun. Öcalan adına edilən bəyanatın mətnini çox müsbət qarşıladım, əgər bu mətnə uyğun hərəkət edilərsə, Türkiyə 40 ildir ki, potensialını ləngidən terror bəlasından qurtulacaq.

Təkcə maliyyə baxımından bizə 1 trilyon dollardan çox baha başa gələn böyük yükdən azad olacağıq”.

Politoloq Məhəmməd Əsədullazadənin fikirncə, beynəlxalq və regional şərtlər dəyişib. Suriyada YPG -PKK fəaliyyət göstərməsi mümkün olmayacaq. Şimali İraqda Türkiyə hərbi əməliyyatları genişləndirib. ABŞ-la Avropa İttifaqı arasında siyasi ayrılma baş verir.

Avropa ölkələri Türkiyə ilə siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Ona görə də Avropa ölkələri PKK öz ərazisində fəaliyyətinə imkan verməyəcək: “Öcalanın çağırışı PKK terror təşkilatının de-yure son verilməsidir. Öcalanın çağırışına cavab verməyənlərin fəaliyyəti çox qısa çəkəcək. Qeyd edim ki, Ocalana Türkiyə Böyük Millət Məclisində təmsil olunan DEM partiyası prosesə dəstək verməsi, PKK kifayət qədər parçalayacaq və təşkilatın davam etməsi sual altında olacaq.

Bu günə kimi PKK-nın şəksiz liderli Öcalan olub. APO kimi qəbul edilərək onun sözü şəksiz qəbul edilib. Norveç, Almaniya bu terror təşkilatının üzvülərinə qarşı əməliyyat aparacaq. İsrail və bəzi ölkələrin PKK dəstəyi uğurlu olmayacaq”.

Politoloq Mütəllim Rəhimov isə deyib ki, dünya düzəninin dəyişdiyi indiki vaxtda PKK-nın ləğvi ilə bağlı Öcalanın açıqlaması Türkiyə üçün ciddi uğur sayıla bilər: “İkincisi, bu qərarın PKK lideri tərəfindən təklikdə deyil, siyasi həmfikirləri olan DEM partiyasının rəhbər heyətinin iştirakı ilə verilməsi onun üzərində oyunlar qurulmasını istisna edir. Bu o deməkdir ki, PKK-nın bərpası ilə bağlı geriyə qayıdış mümkün deyil.

Üçüncüsü, bundan sonra terror təşkilatı daxilindəki fikir ayrılığı və konfliktlərlə özünü "yeyəcək". Qərara tabe olmaq istəməyənlərin yeri Türkiyənin hüquq-mühafizə orqanlarına terror təşkilatından uzaqlaşanlar tərəfindən nişan veriləcək.

Dördüncüsü, qarşıdakı olduqca həssas dönəmdə PKK vasitəsilə Türkiyəyə təzyiqlər göstərilə bilməyəcək. Bu da imkan verəcək ki, Türkiyə birmənalı olaraq Orta Asiya, Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Qərbi Avropa, hətta Afrikanın müəyyən hissələrində güc mərkəzi kimi hakim mövqeyə sahiblənsin”.

Onun fikrincə, indi qarşıda PKK-nın ləğvi ilə bağlı yol xəritəsinin ustalıqla həyata keçirilməsi durur. Cəmiyyəti və siyasiləri isə bundan əvvəl bir sual maraqlandırır: PKK-nın ləğvi ilə bağlı qərarın ortaya çıxmasının arxasında nə dayanır?

Burada bir neçə ehtimalı nəzərdən keçirmək olar: “Öcalanın uzun müddət həbsdə saxlanılması və bütün təzyiqlərə baxmayaraq azadlığa buraxılmaması və üfiqdə belə şansının olmaması onu bu addımı atmağa məcbur edib: özünüqoruma hissi, keçmiş PKK-çıların Suriyada siyasi proseslərdə iştirakının tanınmasının vəd edilməsi. Regionda yeni düzəndə kürdlərə əlavə güzəştlərin verilməsi, PKK terrorizminin regionda təsirinin azalmasını qəbul edən Öcalan və DEM-in birgə təşəbbüsü ilə onun ləğvi və yeni siyasi simada reablitasiyası ilə proseslərdə aktiv iştirakının təmin olunması arzusu, PKK-nın arxasında dayanan siyasi güclərin böyük həcmdə Türkiyəyə güzəştə getmək məcburiyyəti onun ləğvi ilə nəticələnib.

Yaxın günlərdə baş verəcək hadisələr bütün bunlara daha çox aydınlıq gətirəcək. Səbrlə izləyək”.

Qeyd edək ki, PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

Açıqlamada terror təşkilatının lideri Abdullah Öcalanın çağırışına əməl ediləcəyi bildirilib.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Mart 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see201

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see129

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see127

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see119

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri