Ofelya Şabanova: “Onun psixoloji problemləri var”

05.08.2026

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Müğənni Ofelya Şabanova mərhum qardaşı  Nurməmməd (Maqa)  Şabanovun evli olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Adalet.az-a açıqlama verən  müğənni yayılan xəbərlərin yalan olduğunu bildirib:

“Tanımadığımız bir şəxs  qardaşımın adına Tiktok-da hesab açaraq  insanlardan maddi yardım  istəyir. Amma mənim qardaşım subay idi. Heç vaxt evlənməmişdi. 

Fikirləşirəm ki, bu qadının ciddi psixoloji problemləri  var. Normal bir insan niyə belə etsin? Hələ o insan qadındırsa, bunu heç etməməlidir. 
Bəlkə də kimsə mənim adıma belə ləkə vurmaq istəyir. Amma bacarmazlar. Mən onların səviyyəsinə enmərəm.  Qanunla hərəkət etməyi üstün tuturam. Hüquq mühafizə orqanlarına müraciət etmişik. Yaxın zamanlarda yəqin ki, layiq olduğu cəzanı alar. 

Dünyasını dəyişmiş bir adamın ruhunu incitmək insanlıqdan kənar hərəkətdir.  Bu addım axı  mənimlə yanaşı, mərhum qardaşımın da adına ləkədir”. 

Əntiqə Kərimzadə 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью