Ofelya Şabanova: “Onun psixoloji problemləri var”
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Müğənni Ofelya Şabanova mərhum qardaşı Nurməmməd (Maqa) Şabanovun evli olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Adalet.az-a açıqlama verən müğənni yayılan xəbərlərin yalan olduğunu bildirib:
“Tanımadığımız bir şəxs qardaşımın adına Tiktok-da hesab açaraq insanlardan maddi yardım istəyir. Amma mənim qardaşım subay idi. Heç vaxt evlənməmişdi.
Fikirləşirəm ki, bu qadının ciddi psixoloji problemləri var. Normal bir insan niyə belə etsin? Hələ o insan qadındırsa, bunu heç etməməlidir.
Bəlkə də kimsə mənim adıma belə ləkə vurmaq istəyir. Amma bacarmazlar. Mən onların səviyyəsinə enmərəm. Qanunla hərəkət etməyi üstün tuturam. Hüquq mühafizə orqanlarına müraciət etmişik. Yaxın zamanlarda yəqin ki, layiq olduğu cəzanı alar.
Dünyasını dəyişmiş bir adamın ruhunu incitmək insanlıqdan kənar hərəkətdir. Bu addım axı mənimlə yanaşı, mərhum qardaşımın da adına ləkədir”.
Əntiqə Kərimzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 05 Avqust 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















