Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Peyğəmbərimizin “Övladlarınız arasında fərq qoymayın, əgər qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim” kimi dəyərli kəlamı var.
Lakin zaman-zaman şahidi oluruq ki, əksər insanlar nədənsə oğlan övladına qızdan üstün baxırlar.
İnsanlar psixoloji amillərin təsiri ilə, xüsusilə ata nəslinin, ocağın davam etməsi arzusu ilə ailədə, heç olmasa, bir oğlan uşağının doğulmasını istəyirlər.
Gözlədikləri oğlan uşağı doğulmadıqda ər arvadını məzəmmət edir, qadın da oğlan istədikləri halda qız olduğu üçün haqsız yerə özünü günahkar sayır.
Quranın “Nəhl” surəsinin 58-59-cu ayələrində buyurulur ki, İslamdan əvvəlki cahillik dövründə ərəblərdən birinə “qızın oldu” xəbərini verdikdə o, həddindən artıq kədərlənər, üzü qəm-qüssədən qapqara qaralar, xalqdan gizlənməyə çalışar, yenicə doğulmuş qız uşağını utana-utana əlində tutar, yaxud da onu diri-diri torpağa basdırarmış.
Ölkəmizdə də hər zaman oğlan uşağı qızdan daha çox arzulanıb, bu, faktdır.
Bir-birinin ardınca doğulan qız uşaqlarına görə dağılan ailələrin də sayı çox olub, oğlan övladı dünyaya gələnədək kəskin qayınana-gəlin münasibətləri də olub, hər kəs tərəfındən haqsız yerə qınanılan analarımız da olub.