Icma.az
close
up
RU
Oğlan şirin paydırsa, bəs qız, o, acıdır?..

Oğlan şirin paydırsa, bəs qız, o, acıdır?..

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Peyğəmbərimizin “Övladlarınız arasında fərq qoymayın, əgər qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim” kimi dəyərli kəlamı var. Lakin zaman-zaman şahidi oluruq ki, əksər insanlar nədənsə oğlan övladına qızdan üstün baxırlar. İnsanlar psixoloji amillərin təsiri ilə, xüsusilə ata nəslinin, ocağın davam etməsi arzusu ilə ailədə, heç olmasa, bir oğlan uşağının doğulmasını istəyirlər. Gözlədikləri oğlan uşağı doğulmadıqda ər arvadını məzəmmət edir, qadın da oğlan istədikləri halda qız olduğu üçün haqsız yerə özünü günahkar sayır.

Quranın “Nəhl” surəsinin 58-59-cu ayələrində buyurulur ki, İslamdan əvvəlki cahillik dövründə ərəblərdən birinə “qızın oldu” xəbərini verdikdə o, həddindən artıq kədərlənər, üzü qəm-qüssədən qapqara qaralar, xalqdan gizlənməyə çalışar, yenicə doğulmuş qız uşağını utana-utana əlində tutar, yaxud da onu diri-diri torpağa basdırarmış.

Ölkəmizdə də hər zaman oğlan uşağı qızdan daha çox arzulanıb, bu, faktdır. Bir-birinin ardınca doğulan qız uşaqlarına görə dağılan ailələrin də sayı çox olub, oğlan övladı dünyaya gələnədək kəskin qayınana-gəlin münasibətləri də olub, hər kəs tərəfındən haqsız yerə qınanılan analarımız da olub. Hətta oğlan övladı ilə qız övladına münasibətdə kəskin fərq ötən əsrin əvvəllərində ölkəmizdə o dərəcədə özünü büruzə vermişdir ki, “Molla Nəsrəddin” jurnalında da həmin mövzuya münasibət bildirilmişdir.

Zəmanəmizdə də ümumiyyətlə, qız övladını istəməyən adamlar çoxdur. Yaxud da bir və ya iki qız övladı olan, növbətinin hökmən oğlan olması arzusu ilə yaşayır. Bizim cəmiyyətimizdə yeni ailə quran gənclərə, yaxud uşaq gözləyən gəlinlərə, övladı olmayan adamlara deyirlər: – “Allah sizə şirin bir pay versin”. Yaxşı bilsəm də ki, bu şirin pay deyiləndə nə nəzərdə tutulur, lakin hər dəfə bu sözləri yenidən eşidəndə onu ikrah hissi ilə qarşılamışam. Bu yaxınlarda belə bir söhbətlə yenidən qarşılaşdım. Orta yaşlı bir qadın uşaq gözləyən qadınla söhbətinin sonunda “Allah sənə şirin bir pay versin”,- deyirdi. Yenə də həmişəki ikrah hissi ilə soruşdum: - “Siz şirin pay deyəndə nəyi nəzərdə tutursunuz?”. Cavabımı belə aldım: – Oğlan uşağını deyirəm də... Mən də ona belə dedim: – Məgər qız acı paydır? Qadın tutuldu və “Yox, amma oğlan daha yaxşıdır axı. Oğlan düşmən çəpəridir, kökün daşıyıcısıdır”,- dedi.

İçimdə yeni bir ikrahın baş qaldırdığını hiss etdim və dedim: “Bəs o düşmən çəpəri dediyiniz övladları kim gətirir dünyaya? Acı pay hesab etdiyiniz qızlar gətirmirmi? Deyirsiniz ki, oğlan düşmən çəpəridir. Bizim qızlarımız da elə oğlanlarımız kimi yeri gələndə düşmən çəpəri olurlar. Onlar nə vaxt kişilərdən bir addım geri qalıblar ki?..”.

Qəribədir ki, bəlkə də kişilər oğlan övladını qadınlardan çox arzulayırlar. Ancaq bu istəklərini qadınlar qədər qabartmırlar. Özümüz qadın ola-ola hər kəsə “şirin pay” arzulayırıq. Lakin dərk etmək lazımdır ki, oğlan, yaxud qız olsun, fərqi yoxdur, ta ki sağlam, yaxşı, xeyirli övlad olsun. Elə bir adam tapılmaz ki, o, qonşuluğunda, qohumları arasında yaxşı və yaxud pis övlada rast gəlməmiş ola. Bu, qız da ola bilər, oğlan da. Bir ailə tanıyırdım, dörd oğlan övladı var idi. Ata vəfat etmişdi, ana isə tək yaşayırdı. Övladları uzaqda deyildilər, amma anadan ayrı yaşayırdılar. Günlərin birində ana vəfat edir, oğlanları iki gündən sonra xəbər tuturlar. Bunun əksi olaraq çox sədaqətli, ata-ana qədrini bilən övladlar var ki, xəstə, yaşlı valideynlərinə ömrünün sonunadək böyük hörmətlə yanaşır, onları əzizləyir, qayğılarını çəkirlər.

Oğlan övladına olan istəyi USM müayinələri son illərdə o həddə gətirib çatdırmışdır ki, 2011-2015-cü illərdə doğulan uşaqların statistik məlumatlarına görə hər 100 qıza 116 oğlan düşürdü. Bu nisbətə görə Azərbaycanın dünyada Çindən sonra ikinci yeri tutduğu qeyd olunurdu. Sosioloqlar hesablamışlar ki, belə davam edərsə, 2020-ci ildə doğulan hər dörd oğlana bir qız düşəcək. Bu isə demoqrafıyanın pozulması, gələcəkdə böyük problemlərin yaranacağına yol açılması deməkdir. 2017-ci ildə ölkəmizdə doğulan uşaqlarm 53,1 faizini oğlanlar, 46,9 faizini qızlar təşkil edib. 2020-ci ildə isə doğulan 126 571 uşağın 67 407 nəfəri oğlan, 59 164 nəfəri isə qız olub. 2023-cü ildə isə doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Bu da balanslaşmada yenə də xeyli fərq var deməkdir.

2024-cü ilin yanvar-iyul ayları ərzində isə ümumilikdə 58 848 uşağın doğumu dövlət qeydiyyatına alınıb, bunlardazn 31 306-sı oğlan, 27 542-i isə qız olub.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq.

Burada elimizin bir deyimini xatırlayıram: – “Qız qaldıqca qızıla dönər”. Lakin belə davam edərsə, deyəsən qız tapıb evlənmək oğlanlar üçün qızıl tapmağa bənzəyəcək. Düşünürəm ki, ailələrimizdə oğlan və ya qız övladları arasında ayrı-seçkilik olmamalıdır. Biz həyata özümüz gəlmədiyimiz kimi, alın yazımızı da özümüz müəyyənləşdirmirik. Hər kəsin övlad payı Ulu Yaradan tərəfindən göndərilir. Bir övlad üçün illərlə gözləyənlər var, bunu da unutmayaq. Həmin ailələr oğlan və ya qız olsun, bu barədə düşünmürlər, Allahdan tək bir övlad istəyirlər.

Cəmiyyətimizdə əsas meyarlardan biri ailədə qadınlarla yaxşı rəftar etməkdir ki, İslam dini bunu çox təkidlə buyurur. Belə ki, hətta qadınları Allahın əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə laqeydliyi, etinasızlığı, diqqətsizliyi ilahi əmanətə xəyanət hesab edir. Məhəmməd Peyğəmbər (s) qızı Fatiməni Əli ibn Əbutalibin (ə) evinə köçürən zaman “Ya Əli, qızım sənin əlində əmanətdir”, - buyurur.

Qız övladına daim üstünlük verən Məhəmməd peyğəmbər belə bir dəyərli fıkir də söyləyirdi: “Kim iki qıza baxıb yetkinlik çağına qədər onları yetişdirərsə, Qiyamət günündə o, mənimlə belə olar” (Peyğəmbər belə deyib barmaqlarını bir-birinə keçirmişdir). Belə isə yenə də düşünüb-daşınıb cəmiyyətimizi oğlan və qız övladları arasında bu xoşagəlməz fərq qoymadan xilas etməliyik. Qoy ta ki evlərimizdən uşaq səsi gəlsin. İstər oğlan, istər qız olsun, fərqi yoxdur, hər ikisi şirin paydır. Allah payımızı versin.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see269

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see222

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see193

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see183

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see182

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see180

Premyer liqadan çempionşipə üz tutacaq

31 May 2026 09:06see179

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see179

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı uşaqlar üçün “Balaca şahzadə” tamaşasını təqdim edəcək

31 May 2026 13:29see178

ABŞ müttəfiqlərlə münasibətləri maraqlar əsasında quracağını açıqlayıb

31 May 2026 06:23see173

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see172

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see172

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see170

Barmaqda sıxışıb qalan üzüyü necə çıxarmaq olar? Ev üsulu

31 May 2026 05:26see166

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see166

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see164

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see156

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see156

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see153

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri