Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Fazil sosial şəbəkələrdə tanış olduğu Əminəni (adlar şərti göstərilib – red.) intim fotoları ilə şantaj edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2022-ci ilin iyul ayında Fazil “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Əminənin foto şəkillərinin altından əxlaqsız məzmunda mətnlər yazıb, bir çox internet saytlarında paylaşaraq onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.
Bunun müqabilində Əminədən 1000 manat pul tələb edib və avqust ayının sonlarında onun yaşadığı Sumqayıt şəhərindəki binanın girişindəki gülqabının içərisinə qoyduğu 500 ABŞ dolları götürüb.
Həmin ilin sentyabrında o, qızdan 400 dollar, daha sonrakı günlərdə 500 dollar alıb.
Oktyabrda Əminəni yenidən eyni məzmunda şantaj edib və ümumilikdə dəyəri 4080 manatlıq qızıl-zinyət əşyalarından ibarət əmlakını ələ keçirib.
İstintaq orqanı tərəfindən Fazilin barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.