Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... Şok

Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... Şok

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Fazil sosial şəbəkələrdə tanış olduğu Əminəni (adlar şərti göstərilib – red.) intim fotoları ilə şantaj edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2022-ci ilin iyul ayında Fazil “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Əminənin foto şəkillərinin altından əxlaqsız məzmunda mətnlər yazıb, bir çox internet saytlarında paylaşaraq onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.

Bunun müqabilində Əminədən 1000 manat pul tələb edib və avqust ayının sonlarında onun yaşadığı Sumqayıt şəhərindəki binanın girişindəki gülqabının içərisinə qoyduğu 500 ABŞ dolları götürüb.

Həmin ilin sentyabrında o, qızdan 400 dollar, daha sonrakı günlərdə 500 dollar alıb. Oktyabrda Əminəni yenidən eyni məzmunda şantaj edib və ümumilikdə dəyəri 4080 manatlıq qızıl-zinyət əşyalarından ibarət əmlakını ələ keçirib.

İstintaq orqanı tərəfindən Fazilin barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2022-ci ilin iyul ayında “İnstaqram” sosial şəbəkəsində “Ruhi” adlı hesabın sahibi ilə tanışlıq yaradıb:

“Sosial şəbəkədə bir müddət ünsiyyət yaratdıqdan sonra Ruhinin əsil adının Əminə olduğunu öyrəndim. Əminə öz foto-şəkillərini “İnstaqram” sosial şəbəkəsində mənim hesabıma göndərdi. Avqust ayında pula ehtiyacım olduğu üçün Əminənin mənə göndərdiyi foto-şəkilləri internet saytlarında paylaşaraq onun barəsində rüsvayedici məlumatlar yayacağımla hədələdim, ondan pul tələb etmək qərarına gəldim.

Avqust ayının ikinci yarısı “İnstaqram” sosial şəbəkəsində Əminə ilə əlaqə saxlayaraq mənə 1000 manat verməsini tələb etdim, pulu verməyəcəyi təqdirdə göndərdiyi foto-şəkillərin altından əxlaqsız məzmunda mətnlər yazaraq bir çox internet saytlarında paylaşıb, onu rüsvay edəcəyimi, tanışları, qohumları, eləcə də tanımadığım internet istifadəçilərinin yanında biabır olacağını bildirdim.

O, foto-şəkillərini paylaşaraq barəsində rüsvayedici məlumatlar yaymamağımı xahiş etdi və qısa müddət ərzində mənə pul verəcəyini bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqust ayının sonları Əminə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlayıb, 1000 manatı olmadığını, ancaq yaşadığı binanın blokundakı gülqabının içərisinə 500 dolları qoyduğunu və gedərək pulu götürə biləcəyini deyib:

“Günorta saatlarında Əminənin yaşadığı ünvana getdim, onun blokdakı gül qabının içərisinə qoyduğu 500 dolları oradan götürdüm. Mənə pul lazım olduğu üçün sentyabr ayının əvvəlləri dəqiq xatırlamadığım gündə axşam saatlarında təkrar “İnstaqram” sosial şəbəkəsində ona mesaj yazaraq eyni qaydada hədə-qorxu gəldim, mənə 700-800 manat verməsini tələb etdim.

Əminə yenə qorxaraq barəmdə rüsvayedici məlumatlar yaymamağımı xahiş etdi. Əminənin yaşadığı binanın blokundakı həmin gül qabına 400 dolları qoyacağını, növbəti gün səhər tezdən gedərək pulu götürə biləcəyimi bildirdi. Mən səhər saatlarında gedərək Əminənin yaşadığı binanın blokundakı gülqabının içərisindən qoyduğu 400 dolları götürdüm”.

Fazilin sözlərinə görə, təxminən 20 gün sonra, dəqiq xatırlamadığı günün axşam saatları yenə Əminənin “İnstaqram” sosial şəbəkəsində yazıb, əvvəlki kimi hədə-qorxu gəlib, 1000 manat pul tələb edib: “O, yenə qorxaraq barəsində rüsvayedici məlumatlar yaymamağımı xahiş etdi. Binanın blokundakı həmin gülqabına 500 dollar qoyacağını, növbəti gün səhər tezdən gedərək pulu götürə biləcəyimi bildirdi.

Mən səhər saatlarında gedərək gülqabının içərisindən qoyduğu 500 dolları pulu götürdüm. Bundan sonra da Əminə ilə “İnstaqram” sosial şəbəkə vasitəsi ilə əlaqələrimi kəsmədim. Əminə də foto-şəkillərini yaya biləcəyimdən qorxduğu üçün mənimlə əlaqəni kəsmədi”.

Fazilin bildirdiyinə görə, 2022-ci ilin oktyabrında “İnstaqram” sosial şəbəkəsində Əminə ilə əlaqə saxlayıb və yenə eyni qaydada hədə-qorxu gələrək pul tələb edib: “O, daha pulu olmadığını, pullarının hamısını, yəni 1400 dolları mənə verdiyini söylədi. Mən ona pul tapıb verməsini tələb etdim. Əks təqdirdə şəkillərini internet saytlarında paylaşaraq onu rüsvay edəcəyini bildirdim. Əminə heç bir halda mənə pul taparaq verə bilməyəcəyini dedi. Onda pul əvəzinə qızıl-zinyət əşyaları tələb etdim. Əminə özünə məxsus qızıl-zinyət əşyalarını - 1 ədəd paxlava şəkilli qızıl üzüyü, 1 ədəd zəncir formalı qızıl boyunbağını, 1 cüt sadə qaşlı qızıl sırğa və 1 ədəd gül şəkilli, sadə qaşlı qızıl üzüyü yenə həmin gülqabına qoyacağını bildirdi, səhər saatlarında gedərək götürə biləcəyimi dedi.

Səhəri gün Əminənin yaşadığı binaya gedərək gülqabının içərisində sellofana bükülmüş qızıl-zinyət əşyalarını götürdüm.

Bir neçə gündən sonra, yəni oktyabr ayının ikinci yarısı qızıl-zinyət əşyalarını “Qayalı” ticarət mərkəzində bir hissəsini Famil, bir hissəsini isə Elmir adlı şəxsə ümumilkdə 680 manata satdım. Lakin bununla kifayətlənmədim. Qızılların satışından əldə etdiyim pulları xərclədiyim üçün yenə Əminəyə mesaj yazaraq pul tələb etdim. Ancaq Əminə olan bütün pullarını və qızıl-zinət əşyalarını mənə verdiyini, artıq mənə verməyə pulu və ya qızıl zinyət əşyası qalmadığını söylədi. Mən Əminə ilə əlaqələrimi kəsdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əminənin sözlərinə görə, “İnstagram” sosial şəbəkəsində təqsirləndirilən Fazili qız adı ilə istifadə etdiyi hesabından ona dostluq təklifi göndərib, o da qarşı tərəfin qız olduğunu zənn etdiyindən təklifi qəbul edib:

“Fazil mənimlə qız adı ilə yazışdı və məndən şəkillərimi istədi. Mən də şəkillərimi ona göndərdim. Bir müddət sonra həmin şəkilləri internet saytlarında yayacağını deyərək məni şantaj etdi və məndən pul istədi. Fazildən şəkillərimi silməyini istəsəm də, razı olmayaraq pul tələbinə davam etdi.

Qorxduğumdan ilk dəfə yaşadığım evin blokundakı gülqabının içərisinə 400 dollar qoydum. Sonra yenə şəkilləri silməyini xahiş etsəm də, o, təkrar pul istədi. Mən 500 manat pulu həmin gülqabının içinə qoydum. Fazil yenidən 1000 manat tələb etdi.

Pullarım qurtarandan sonra Fazil məndən qızıl-zinət əşyalarımı istədi. Mən öz zinət əşyalarımı da həmin gülqabının içinə qoydum, Fazil onları da oradan götürdü.

Bir neçə gün sonra yenə mənə mesaj yazaraq pul tələb etdi, ancaq mən bütün pullarımı və qızıl-zinyət əşyalarımı ona verdiyimi, artıq verməyə pulum və ya qızıl-zinət əşyam qalmadığını bildirdim, şəkillərimi silməsini, barəmdə rüsvayedici məlumatlar yaymaq fikrindən daşınmasın xahiş etdim. Buna baxmayaraq o məndən əl çəkmədi. Mən də qorxduğum üçün evdən getdim. Lakin bir müddət sonra ailəmin xahiş etdiyi üçün evə qayıtdım və baş verənləri ailəmə danışdım”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fazil 7 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib. Şikayət araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət təmin edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Dekabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri