Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"18 Yanvar 2025, 685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi.
Əlbəttə, mən istəyərdim daha tez olsun, amma açığını desəm Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin "məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər.
Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona: "Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi" deyib.
ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir.
Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm.
Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub , buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.
Redaktor.az musavat.com-a istinadla xəbər verir ki, bu fikirləri İranda həbsdə saxlanılan və yenicə azad olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.