Icma.az
close
up
RU
“Oğluma zülm ediblər...” Fərid Səfərlinin anası

“Oğluma zülm ediblər...” Fərid Səfərlinin anası

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"18 Yanvar 2025, 685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi. Əlbəttə, mən istəyərdim daha tez olsun, amma açığını desəm Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin "məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona:

"Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi" deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub , buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.

Redaktor.az musavat.com-a istinadla xəbər verir ki, bu fikirləri İranda həbsdə saxlanılan və yenicə azad olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

O əlavə edib ki, Fəridin başına gələnlər haqqında danışılsa, bir kitab yazmaq olar: "Ona heç bir aidiyyəti olmayan mövzularla uşağı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Məsələn: yapışıblar yaxasından ki, cavab ver "Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair , və sair. Düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir( İranda inqilab məhkəməsində hakimlər hüquqşünaslar deyil, mollalardir).Deyir bütün bu işləri görən adamlar, hələ azanın vaxtı gələndə tez prosesi dayandirib, qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi. İnsana ən çox təsir edəndə, bu vəhşilər uşağa əziyyət ediblər ki sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər SEPAH-ın terroristləri istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.

SEPAH-ın istintaqı gedərkən ilk 51 gün ( ilk 3 gün 2 kv.m -lik kiçik bir hücrədə)kiçik bir otagda tək- tənha asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yagdirilan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr.

Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Bunu onu təhvil alan DTX əməkdaşları da təsdiq edə bilər. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək. Statusumu Fəridin sözləri ilə bitirmək istəyirəm:"İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən. Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi bu”. Sonda bu azadlığa sevinən, məni təbrik edən hər kəsə təşəkür edirəm!”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri