Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əli Kərimlinin internet ahu-zarı da, ahu-zar etdiyi internetdən istifadə edərək gündə bir internet kanalında, müxtəlif sosial şəbəkələrin özünə aid profillərindən saldığı hay-küy də bitmir.
Bu dəfə də “internetimi kəsiblər” deyə-deyə “Facebook” və “X” sosial şəbəkələrində paylaşdığı, Prezident Volodimir Zelenskiyə dəstək xarakterli yazısının öz təbirincə desək, Ukraynada da geniş yayılmasından xeyli təsirlənib.
Yazısının “Facebook” deyil, “X” platformasından götürülərək yayılmasına isə lap çox sevinib.
Kiminsə hansısa sosial şəbəkədə yazması da, o yazının kimlərinsə marağına uyğun gəldiyi üçün oxunması da, götürülüb çap edilməsi də çox adi məsələdir.
Əli Kərimli bunu özünün qəhrəmanlığı kimi qələmə verməklə, guya özünün diqqətdə olduğunu cəmiyyətə sırımaq istəyir.
Əslində, bu, adi məsələdir. Əli Kərimli həmin yazısında Trampa haqq qazandırsaydı, onun yazısı Ukraynada yayımlanmayacaqdı.
Hər şeyin bu qədər bəsit olduğu məsələdən hansısa süni şou ilə ictimai nüfuz qazanmaq mümkün deyil.