Icma.az
close
up
RU
Öhdəliklərdən kənara çıxmayan siyasət: Və ya Əli Kərimlinin siyasətçi “qılafı”...

Öhdəliklərdən kənara çıxmayan siyasət: Və ya Əli Kərimlinin siyasətçi “qılafı”...

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əli Kərimlinin internet ahu-zarı da, ahu-zar etdiyi internetdən istifadə edərək gündə bir internet kanalında, müxtəlif sosial şəbəkələrin özünə aid profillərindən saldığı hay-küy də bitmir. 

Bu dəfə də “internetimi kəsiblər” deyə-deyə “Facebook” və “X” sosial şəbəkələrində paylaşdığı, Prezident Volodimir Zelenskiyə dəstək xarakterli yazısının öz təbirincə desək, Ukraynada da geniş yayılmasından xeyli təsirlənib. Yazısının “Facebook” deyil, “X” platformasından götürülərək yayılmasına isə lap çox sevinib. Kiminsə hansısa sosial şəbəkədə yazması da, o yazının kimlərinsə marağına uyğun gəldiyi üçün oxunması da, götürülüb çap edilməsi də çox adi məsələdir. Əli Kərimli bunu özünün qəhrəmanlığı kimi qələmə verməklə, guya özünün diqqətdə olduğunu cəmiyyətə sırımaq istəyir. 

Əslində, bu, adi məsələdir. Əli Kərimli həmin yazısında Trampa haqq qazandırsaydı, onun yazısı Ukraynada yayımlanmayacaqdı. Hər şeyin bu qədər bəsit olduğu məsələdən hansısa süni şou ilə ictimai nüfuz qazanmaq mümkün deyil. Ona görə də Əli Kərimlinin bu süni şousu cəmiyyətə keçərli deyil, öz tərəfdarlarının başını aldatmaq üçün növbəti cəhddir. 

İllərdir Əli Kərimli bu süni şoularla ətrafına cəlb etdiklərini aldadır. Ətrafındakıların da böyük əksəriyyəti reallığı dərk edir, lakin onun qəsdən “yandırmış olduğu körpülərdən” geri qayıtmaq imkanları olmadığından, özlərini inanmış kimi göstərirlər. 30 il eyni taktika, eyni yanaşma və eyni sözlərdən bezən bu adamları fürsətdən istifadə edib siyasi inhisara alıb və istismar edir. Lakin Əli Kərimlinin siyasi müşbehliyinin başqa tərəfi də var. 

Əli Kərimli deyir, Avropaya çağırış etdim ki, Ukraynaya yardımları daha böyük miqyasda - Ukraynanın qələbəsini təmin edəcək qədər artırsınlar: 

“Ukrayna hakimiyyətinə və xalqına isə çağırış etmişdim ki, bir halda ki, Ukrayna həqiqətən də mövcudluq müharibəsi aparır, səfərbərlik yaşını 25 yaşdan aşağıya (məsələn, 22 yaşa) salsınlar. Bu yolla Ukrayna ordusuna 22-25 yaşlı 100 minlərlə əlavə gənc səfərbər etmək olar və bu, hazırda zəruridir”. 

Bunun ardınca Əli Kərimli çıxıb desə ki, Ukrayna ilə bağlı London sammiti də bu çağırışdan sonra reallaşdı, ətrafındakıların hay-küyündən sosial şəbəkələrdə bəlkə də qulaq tutular. Qeyri-ciddi yanaşma və hərəkətin bu qədər absurdu olmaz... 

Bu fikir və yazıları bəlkə də görməzdən gəlmək olardı. Amma...  Amma Əli Kərimli belə bir hərəkəti həyatında bir dəfə heç olmasa, Azərbaycan üçün də etsəydi...

İndiyə qədər Əli Kərimlinin kifayət qədər ikili standartla üzləşmiş Azərbaycanla bağlı dünya ictimaiyyətinə, məsləhət verdiyini iddia etdiyi Avropaya çağırış etdiyini görmüsünüzmü? Bu, o Əli Kərimlidir ki, 30 illik işğaldan sonra başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətini dəstəkləyən, partiya sədrlərinin imzaladığı bəyanata imza atmayıb yaxasını kənara çəkmişdi. 

Ardınca antiterror əməliyyatlarında da eyni mövqeni, daha doğrusu mövqesizliyi sərgiləmişdi. Azərbaycanın müharibədə qələbəsindən sonra üzləşdiyi təhdidlərə qarşı da Əli Kərimlinin bircə etirazı, çağırışı olmamışdı və bu gün də yoxdur. Ölkəsinin, xalqının mənafeyi ortaya gələndə, onun nədənsə ya bəsirəti bağlanır, ya da interneti... Ən doğrusu, bu çağırışların Avropada kimlərinsə xoşuna gəlməyəcəyindən, maliyyə dəstəyinin kəsiləcəyindən ehtiyatlanır. Belə olmasaydı, özünü ana müxalifət elan edən biri niyə xalqına, dövlətinə qarşı təhdidlərin qarşısında öz mövqeyini açıq şəkildə bəyan etməkdən çəkinməzdi. 

Ancaq bunların heç birini Əli Kərimlidə görmədik. Müharibə dönəmində və ondan sonrakı illərdə bircə dəfə də olsun Avropaya Azərbaycana qarşı təhdidlərdən əl çəkməklə bağlı çağırış etmədi, əksinə, bunu edənlərlə bir sırada dayanmağı da özünə “rəva bilmədi”, sosial şəbəkələrdə onları hədəfə aldı, üzərinə trollarını saldı. Niyə? 

Ukrayna müharibəsi hamını narahat edir. İşğal faktına 30 il dözən bir ölkənin istınilən vətəndaşının harada olmasından asılı olmayaraq, işğal faktına etiraz etmək təbii haqqıdır. Amma Ukrayna qədər öz ölkəmizin də aqibəti maraqlıdır, bizə qarşı təhdid dilində danışmağa cəhd edənlərin məqsədlərinə qarşı dirəniş göstərmək də özünə siyasətçi deyənlərin borcudur. Amma Əli Kərimlinin öz siyasətçi “qılafı” var, o qılafdan çıxmağa öhdəlikləri imkan vermir...    

“Cebheinfo.az”

Açar sözlər: “Facebook” və “X” Əli Kərimli Ukrayna

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri