Okean üzərində bu təyyarə qəza siqnalı verdi

12.10.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin paytaxtı Vaşinqtondan Niderlandın Amsterdam şəhərinə uçan “United Airlines” aviaşirkətinə məxsus təyyarə Atlantik okeanı üzərində olarkən 7700 fövqəladə vəziyyət kodunu aktivləşdirib. Bundan sonra təyyarə Kanadanın Sent-Con şəhərinə yönləndirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Flightradar24” uçuşların izlənməsi platformasının məlumatlarında bildirilib.
Məlumata görə, təyyarə oktyabrın 11-də yerli vaxtla saat 20:47-də havaya qalxıb. Uçuş zamanı ekipaj göyərtədə fövqəladə vəziyyət olduğunu bildirən 7700 transponder kodunu aktivləşdirib.
Qeyd edək ki, 7700 kodunun aktivləşdirilməsi mütləq təyyarənin qəzaya uğrama təhlükəsi ilə üzləşdiyi anlamına gəlmir. Bu kod aviasiyada müxtəlif fövqəladə vəziyyətlər barədə məlumat vermək üçün istifadə olunur.
Hazırda təyyarənin Sent-Con Beynəlxalq Hava Limanına yönləndirildiyi bildirilir.
Hadisə “Flightradar24” platformasında böyük maraq doğurub. Məlumata görə, 3 500-dən çox istifadəçi təyyarənin uçuşunu izləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью