Okean üzərində bu təyyarə qəza siqnalı verdi
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin paytaxtı Vaşinqtondan Niderlandın Amsterdam şəhərinə uçan “United Airlines” aviaşirkətinə məxsus təyyarə Atlantik okeanı üzərində olarkən 7700 fövqəladə vəziyyət kodunu aktivləşdirib. Bundan sonra təyyarə Kanadanın Sent-Con şəhərinə yönləndirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Flightradar24” uçuşların izlənməsi platformasının məlumatlarında bildirilib.
Məlumata görə, təyyarə oktyabrın 11-də yerli vaxtla saat 20:47-də havaya qalxıb. Uçuş zamanı ekipaj göyərtədə fövqəladə vəziyyət olduğunu bildirən 7700 transponder kodunu aktivləşdirib.
Qeyd edək ki, 7700 kodunun aktivləşdirilməsi mütləq təyyarənin qəzaya uğrama təhlükəsi ilə üzləşdiyi anlamına gəlmir. Bu kod aviasiyada müxtəlif fövqəladə vəziyyətlər barədə məlumat vermək üçün istifadə olunur.
Hazırda təyyarənin Sent-Con Beynəlxalq Hava Limanına yönləndirildiyi bildirilir.
Hadisə “Flightradar24” platformasında böyük maraq doğurub. Məlumata görə, 3 500-dən çox istifadəçi təyyarənin uçuşunu izləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 12 Oktyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















