Okeanda itən balıqçı 41 gün sonra sağ tapıldı

29.10.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Okeanda itkin düşən Papua-Yeni Qvineyadan olan balıqçı 41 gündən sonra sağ tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, halsız vəziyyətdə olan balıqçını Kiribatidən olan  həmkarları xilas ediblər.

Luka Rahan sentyabrın 16-da qohumu ilə dənizə balıq tutmağa çıxıb. Sahildən xeyli aralıda qayığın mühərriki sıradan çıxıb. Lövbər atmaq isə mümkün olmayıb. Belədə axın qayığı okeana aparıb.

41 gün sonra Lukanın qayığı Papua-Yeni Qvineyadan 2 min km aralıda Tarava və Mayana adaları arasında tapılıb. Halsız vəziyyətdə olan balıqçını Kiribatinin paytaxtı Tarava şəhərindəki xəstəxanalardan birinə yerləşdiriblər. Zavallı hazırda orada bərpa prosesi keçir.

Qeyd edək ki, Lukanın qohumu qayığın tapılmasına 1 həftə qalmış okeanın ortasında dünyasını dəyişib.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью