Okeanda itən balıqçı 41 gün sonra sağ tapıldı
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Okeanda itkin düşən Papua-Yeni Qvineyadan olan balıqçı 41 gündən sonra sağ tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, halsız vəziyyətdə olan balıqçını Kiribatidən olan həmkarları xilas ediblər.
Luka Rahan sentyabrın 16-da qohumu ilə dənizə balıq tutmağa çıxıb. Sahildən xeyli aralıda qayığın mühərriki sıradan çıxıb. Lövbər atmaq isə mümkün olmayıb. Belədə axın qayığı okeana aparıb.
41 gün sonra Lukanın qayığı Papua-Yeni Qvineyadan 2 min km aralıda Tarava və Mayana adaları arasında tapılıb. Halsız vəziyyətdə olan balıqçını Kiribatinin paytaxtı Tarava şəhərindəki xəstəxanalardan birinə yerləşdiriblər. Zavallı hazırda orada bərpa prosesi keçir.
Qeyd edək ki, Lukanın qohumu qayığın tapılmasına 1 həftə qalmış okeanın ortasında dünyasını dəyişib.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 29 Oktyabr 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















