Oktyabrda “təzə qoz” olmaz Suda saxlanan qoz sağlamlıq üçün təhlükə yaradır | Icma.az
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Azərbaycanda qoz əsasən sentyabrın ortalarına kimi yığılır.
Yeniavaz.com xəbər verir ki, Qoz ağacının meyvəsi tam yetişdikdən sonra yaşıl qabığından ayrılır.
Buna görə də oktyabr ayında “təzə” və “yaş” qoz adı ilə satılan məhsulların əslində təzə olması mümkün deyil.
Mütəxəssislər bildirirlər ki, küçə satıcılarının “təzə qoz” kimi təqdim etdikləri məhsullar əksər hallarda suda saxlanılan, çəkisi süni şəkildə artırılan qozlardır.
Satıcılar bu üsulla həm qozun parlaq görünüşünü bərpa edir, həm də nəm çəkdiyinə görə çəkisini artıraraq daha çox qazanc əldə edirlər.
Ancaq bu “fənd” alıcıların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Qida təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, qoz uzun müddət suda qaldıqda onun tərkibindəki yağ turşuları oksidləşir, qidalılıq dəyəri azalır və mikroorqanizmlər üçün əlverişli mühit yaranır.
Nəticədə belə qozlarda kif, bakteriya və göbələk toksinləri əmələ gəlir.
Tam oxu
Xəbəri oxu