Oktyabrda “təzə qoz” olmaz Suda saxlanan qoz sağlamlıq üçün təhlükə yaradır
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda qoz əsasən sentyabrın ortalarına kimi yığılır.
Yeniavaz.com xəbər verir ki, Qoz ağacının meyvəsi tam yetişdikdən sonra yaşıl qabığından ayrılır.
Buna görə də oktyabr ayında “təzə” və “yaş” qoz adı ilə satılan məhsulların əslində təzə olması mümkün deyil. Mütəxəssislər bildirirlər ki, küçə satıcılarının “təzə qoz” kimi təqdim etdikləri məhsullar əksər hallarda suda saxlanılan, çəkisi süni şəkildə artırılan qozlardır.
Satıcılar bu üsulla həm qozun parlaq görünüşünü bərpa edir, həm də nəm çəkdiyinə görə çəkisini artıraraq daha çox qazanc əldə edirlər. Ancaq bu “fənd” alıcıların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Qida təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, qoz uzun müddət suda qaldıqda onun tərkibindəki yağ turşuları oksidləşir, qidalılıq dəyəri azalır və mikroorqanizmlər üçün əlverişli mühit yaranır. Nəticədə belə qozlarda kif, bakteriya və göbələk toksinləri əmələ gəlir. Bu maddələr insan orqanizminə daxil olduqda mədə-bağırsaq pozğunluqları, ürəkbulanma, ishal və qusma, qaraciyər və böyrək zədələnmələri, allergik reaksiyalar və dəri səpgiləri kimi fəsadlara səbəb ola bilər.
Bundan əlavə, suda saxlanılan qozların çoxu küçə şəraitində, açıq havada, çirkli su ilə hazırlanır. Belə şəraitdə məhsul bağırsaq çöpləri, “e. coli” və digər xəstəlik törədici bakteriyalarla çirklənə bilər.
Mütəxəssislər bildirirlər ki, oktyabr ayında “təzə qoz” adı ilə satılan məhsullara inanmayın – bu, bioloji baxımdan mümkün deyil. Qoz alarkən qabığında ləkə, nəm qoxusu və ya yumşaqlıq hiss olunarsa, onu qəbul etməyin. Qozu etibarlı mənbələrdən almağa çalışın.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Təzə gicitkənin sağlamlıq üçün FAYDALARI
15 Noyabr 2024 17:48
Təzə bişmiş çörəyin sağlamlıq üçün yarada biləcəyi beş problem
15 Noyabr 2024 14:52
Saxta dırnaqlar sağlamlıq üçün təhlükə yaradır
30 Dekabr 2024 09:03
Təzə fındıq nə üçün xeyirlidir?
16 Noyabr 2024 11:36
Yeni nikotin çubuqları sağlamlıq üçün təhlükə yaradır
05 İyun 2025 10:18
Baxış sayı:123
Bu xəbər 22 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















