Öldüyü deyilirdi, Çində üzə çıxdı

24.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Şimali Koreya lideri Kim Çen Inın öldüyü və komaya düşdüyü barədə yayılan iddialardan sonra onun Çinə səfər etdiyi bildirilir.

“Yeni Sabah” xəbər verir ki, Cənubi Koreyanın Yonhap xəbər agentliyinin hökumət mənbəyinə istinadən yaydığı məlumata görə, Kim Çen In oktyabrın 24-də Çinlə Şimali Koreyanı birləşdirən yeni körpü vasitəsilə Çinin Dandun şəhərinə gəlib.

“Reuters” agentliyi də xəbəri yayıb. Məlumata görə, səfər yeni istifadəyə verilən Amnok çayı körpüsü vasitəsilə həyata keçirilib.  Dominos pizza

Xatırladaq ki, oktyabrın 20-də Kim Çen Inın beyin qanaması keçirdiyi, komaya düşdüyü və daha sonra öldüyü barədə sosial şəbəkələrdə iddialar yayılmışdı. Həmin iddialarda onun müalicə üçün Pekinə aparıldığı da bildirilirdi. Lakin bu məlumatları təsdiqləyən hər hansı sübut təqdim edilməmişdi. 

Oktyabrın 23-də isə Cənubi Koreya kəşfiyyatının parlament komitəsinə Kim Çen Inın ölümü ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirdiyi barədə məlumat yayıldı. Bundan əvvəl Şimali Koreyanın dövlət mediası da liderin oktyabrın 19-da sərgi ziyarət etdiyini əks etdirən fotolar yayımlamışdı. 

Kim Çen Inın Çinə səfərinin məqsədi və Çin rəsmiləri ilə görüşüb-görüşməyəcəyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью